Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bölgələrdə gənclər ətraf mühitin qorunması işinə cəlb ediləcək

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Mingəçevir və Yevlax şəhərlərində “Sağlamlıq və ətraf mühit” lahiyəsinin icrasına start verilib. İcrası 3 aylıq nəzərdə tutulan layihənin əsas məqsədi – Mingəçevir və Yevlax şəhərlərində ətraf mühitdə ekoloji tarazlığı təmin edən fəaliyyətlərin dəstəklənməsi, ekoloji problemlərin aradan qaldırılması və tələbələri ətraf mühitlə əlaqədar maarifləndirməkdən ibarətdir.

Bu barədə məlumat verən Birliyin sədri Günel Balakişiyevanın sözlərinə görə layihə çərçivəsində gənclər ətraf mühitin qorunmasına və ekologiyanın bərpası işinə cəlb ediləcəkdir.

“ Layihə müddətində şagird və tələbələr arasında ətraf mühitin qorunması üzrə qanunvericilik bilikləri təkmilləşdiriləcək. Təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunmasının təmin edilməsi istiqamətlərdə maarifləndirmə işləri aparılacaq, ekoloji problemlərin müzakirəsinə həsr olunmuş 4 günlük təlim və seminarlar təşkil olunacaq. Təlim və seminarlarda layihə çərçivəsində çap olunan buklet, flayer və təqvimlər iştirakçılara paylanılacaq. Layihənin media və sosial media vasitəsi ilə geniş piar olunmasına çalışacağıq ki, daha çox insan bundan bəhrələnə bilsin”.

Artıq layihənin hazırlıq mərhələsinə uyğun olaraq Mingəçevir və Yevlax şəhərlərində həyata keçiriləcək işlər üçün lazımi çap materialları nəşr olunub və tədbirlərin keçirilməsi üçün yer və vaxt ayrılıb.

Şərhlər bağlıdır.