Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da dama yarışının qalibi kim oldu?

Mayın 5-də Mingəçevir Dövlət Universtietində tələbələr arasında  Heydər Əliyevin  anadan olmasının 93-cü ildönümünə həsr olunmuş dama yarışı keçirilib. Gərgin mübarizədən sonra Tural İsmayılov birinci, Emin Vəliyev ikinci, Möhtəşəm Şirinov  isə üçüncü pillədə qərarlaşıblar. Qaliblərə fəxri fərman və pul mükafatı verilib.

Universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Rövşən Əliyev, Tələbə Gənclər və həmkarlar  təşkilatlarının sədrləri Rəşad Qurbanov və Aygün Namazova  gənclərin asudə vaxtının səmərəli təşkilində belə tədbirlərin böyük rolu olduğunu vurğulayıblar.

Şərhlər bağlıdır.