Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Ətraf Mühit” mövzusunda seminar

Layihənin sosial komponenti çərçivəsində 15 noyabr 2019-cu ildə Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit” mövzusunaa maarifləndirmə sessiyası keçirilib. Hədəf bölgələrindən 50 tələbənin iştirak etdiyi tədbirdə layihənin eksperti Asiman Qocayev plastik tullantıların səbəb olduğu ekoloji problemlər və meşələrin qorunmasının vacibliyini izah edib, mövcud ekoloji problemləri həll etmək üçün iştirakçılara qrup tapşırıqları verib.

Mövzu ilə bağlı MDU-nun tərbiyə işləri üzrə prorektoru Rövşən Əliyev, “Fizika və Ekologiya” kafedrasının müəllimi Gülmirə Məmmədova,  8 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin “Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili” sektorunun aparıcı məsləhətçisi Günel Əliyeva çıxış ediblər.

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH  tərəfindən həyata keçirilən layihənin tərəfdaşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.

Şərhlər bağlıdır.