Bizimlə həyatınız həmişə işıqlı olacaq!

BİR YAŞLI BELEDİYYE.İNFO

219

www.belediyye.info internet resursu 2015-ci ilin may ayının 27- da “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb.

İctimai birliyin qarşısına qoyduğu əsas məqsəd yeni seçilmiş üzvlərin maarifləndirilməsi,  bələdiyyələrarası informasiya mübadiləsinin qurulması olub. Qeyd edək ki, saytın işə düşməsi bələdiyyələrin fəaliyyətinin təbliğinə geniş imkan yaratdı.

Ötən bir  il ərzində sayt bir sıra ciddi layihələrə imza atdı.

Ötən dövr ərzində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəziylə, bir çox  Milli Məclis üzvləriylə əlaqələr qurulub.

Bu gün ölkəmizin 300 bələdiyyəsiylə əməkdaşlıq əlaqəsi qurulub. Saytın elektron poçtuna gündəlik olaraq 10 yaxın bələdiyyədən müxtəlif səpgili məlumatlar daxil olur.

Digər ən maraqlı məqam Türk Dünyası Bələdiyyələr Birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulmasını hesab etmək olar.

Türk Dünyası Bələdiyyələr Birliyi ilə arıtq müntəzəm olaraq informasiya  mübadiləsi həyata keçirilir.

“Ancaq bizim əsas hədəfimiz bələdiyyə sisteminə aid olan bütün bələdiyyələrlə əməkdaşlığa nail olmaq, onların fəaliyyətini, qarşılaşdığı problemləri ictimalişədirməklə çətinlikləri aradan qaldırmaqdır. İnanırıq ki, biz bu istəyimizə çatacağıq”.

belediyye.info-nun oxucularına müraciətində belə deyilir.

“Mingəçevir işıqları” da belediyye.info kollektivini səhifənin 1 yaşı münasibətilə təbrik edir.

Şərhlər bağlıdır.