Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Bir” Tələbə-Könüllü Proqramı

Mingəçevir Dövlət Universitetində “Bir” Tələbə-Könüllü Proqramı layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. İlk olaraq “Bir” Tələbə-Könüllü Proqramının videoçarxı nümayiş olunub. Layihənin aparıcısı Seyran Babayev proqram haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Bir” rəmzi olaraq ədədlərin başlanğıcı, dostluq, birlik və həmrəyliyin simvoludur. Adını bu dəyərlərdən alan “Bir” Tələbə-Könüllü Proqramı Azərbaycanın Ali Təhsil müəssisələrinin tələbələrinin könüllülük fəlsəfəsi, prinsipləri və dəyərləri çərçivəsində dostluq və həmrəyliyidir. Biz tələbə-könüllülərlə birgə bu dəyərləri aşılamağı və paylaşmağı qarşımıza məqsəd qoymuşuq.

Növbəti videoçarxın nümayişi maraqla qarşılanıb. Videoçarx “Bir” Tələbə-Könüllü Proqramının fəaliyyətini bütünlüklə əks etdirib.

“Bir” Tələbə-Könüllü Proqramının məsul nümayəndəsi Tural Abdullazadə bildirib ki, “Bir” Proqramı tələbə-könüllülərə yeni dostlar qazanmağa, unudulmaz anlar yaşamağa, tələbə həyatını rəngarəng və faydalı keçirməyə, həm fərdi, həm də ictimai fəaliyyətlərinizin inkişafına imkan yaradır.

T.Abdullazadə vurğulayıb ki, “Bir” onları bu həyatı YAŞAyıb Yaşatmağa, ÖYRƏNib ÖYRƏTməyə, daima KƏŞF EDİB həyatdan ZÖVQ Almağa dəvət edir.

“Bir” Tələbə-Könüllü Proqramının kordinatoru Ceyhun Bayramov qeyd edib ki, proqramın həyata keçirilməsində məqsəd:

– tələbələrə könüllülüyün məqsəd və məramının aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat – təşviqat işlərinin aparılması;

– tələbələrə könüllülüyün məqsəd və məramının aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat – təşviqat işlərinin aparılması;

– tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması;

– tələbə-könüllülər üçün təlim-tədris proqramları və kurslarının təşkil olunması;

– tələbə-könüllülərin intellekt səviyyəsinin və dünyagörüşünün genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;

– tələbə-könüllülər tərəfindən maraq dairələri üzrə klubların yaradılmasının stimullaşdırılması;

– tələbə-könüllülərin dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin olunması, özəlliklə ölkəmizin adının beynəlxalq aləmə çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsidir.

T.Abdullazadə onuda qeyd edib ki, proqram pilot olaraq tələbələrin asudə vaxtlarının səmərəli edəcək, onların müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edəcək, yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsində iştirak edəcək bu Proqram 6 müxtəlif istiqamətdən – Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al – dan ibarətdir.

Tədbirin sonunda “Bir” Tələbə-Könüllü Proqramı nümayəndələri tələbələrlə birgə maraqlı oyun nümayiş etdirdilər ki, bu da tələbələrin zövqünə oxşadı. Fərqlənən tələbələr hədiyyələrlə təltif olundular. Xatirə şəkili, selfi çəkdirdilər.

Pilot layihəyə qoşulmaq üçün universitetin müraciət edən tələbərindən 2-nin Şəki şəhərində keçiriləcək seminar-treninqdə iştirakını təmin edəcək müsahibə keçirilib.

Şərhlər bağlıdır.