Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2019-cu ilin yanvar-sentyabr aylarında sənayenin inkişafı

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Mingəçevir respublikanın istər əhalisinin sayına, istər iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Digər regionlarla müqayisədə Mingəçevir şəhərində sənaye məhsulunun çeşidi daha çoxdur. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı və sair sahələr təşkil edir.

Mingəçevir şəhərində sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşması fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir. “Statistik vahidlərin Dövlət reyestri” üzrə 01 oktyabr 2019-cu il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı 99 olmuşdur ki, onlardan 39-u 2019-cu ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərmişdir.

Əsas fəaliyyəti sənaye olan 39 müəssisənin işçilərinin sayına və gəlirlərinin həcminə görə 14-ü və ya 35,9 faizi iri və orta sahibkarlıq subyekti, 25-i və ya 64,1 faizi isə kiçik sahibkarlıq subyekti sayılır.

2019-cu ilin yanvar-sentyabr aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 103,2 faiz təşkil etmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 230520,1 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 95,1 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 4,9 faizini təşkil etmişdir. Ümumi sənaye istehsalının 96,9 faizi malların (əmtəələrin) istehsalı, 3,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2019-cu ilin yanvar-sentyabr aylarında şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş sənaye məhsulun həcmi respublika üzrə istehsal edilmiş sənaye məhsulun həcminin 0,7 faizini təşkil edir.

Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 93,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 5,1 faizi emal bölməsinin, 1,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

İstehlakçılara əvvəlki illərin hazır məhsul ehtiyatlarının qalıqları da daxil olmaqla 229998,3 min manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1206,8 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2018-ci ilin oktyabr ayının 1-i vəziyyəti ilə müqayisədə 2,6 faiz və ya 30,7 min manat çoxdur. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 1073,7 min manatını və ya 0,5 faizini ixrac olunmuş mallar təşkil etmişdır.

Şəhər sənayesinin strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır. 2019-cu ilin yanvar-sentyabr aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 93,3 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 215093,0 min manatlıq məhsul istehsal olunmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə istehsal olunan elektrik enerjisinin (əmtəəlik) 32,9 faizi və ya 5773,9 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 93,9 faizi istilik elektrik stansiyasının, 6,1 faizi su elektrik stansiyasının payına düşür. Şəhər üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz və ya 184,5 milyon kvt.saat çox olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında 2,6 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz və ya 0,2 min Qkal az olmuşdur.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında emal bölməsində 53,2 faiz, sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində isə 2,8 faiz və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 4,4 faiz artım müşahidə olunmuşdur.

2019-cu ilin yanvar-sentyabr aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 5,1 faizini təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 11794,4 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində qida məhsullarının, geyim, poliqrafiya məhsullarının, rezin və plastik kütlə məmulatlarının, tikinti materiallarının, hazır metal məmulatlarının, kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının, maşın və avadanlıqların istehsalında, sair sənaye məhsullarının istehsalı və maşın və avadanlıqların quraşdırılması və təmirində artım müşahidə edilmişdir. Bundan başqa dəri və dəridən məmulatların, ayaqqabıların, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı və mebellərin istehsalında isə azalma müşahidə edilmişdir.

Emal sənayesində qida məhsullarının istehsalının xüsusi çəkisi 9,1 faiz, geyim istehsalının xüsusi çəkisi 2,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 1,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalının xüsusi çəkisi 9,2 faiz, tikinti materiallarının istehsalının xüsusi çəkisi 23,1 faiz, hazır metal məmulatlarının istehsalının xüsusi çəkisi 2,6 faiz, kompyuter, elektron və optik məhsulların istehsalının xüsusi çəkisi 13,4 faiz, elektrik avadanlıqlarının istehsalının xüsusi çəkisi 21,9 faiz, maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 15,4 faiz, sair məhsulların istehsalının xüsusi çəkisi 1,4 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar-sentyabr aylarında cəmi istehsal edilmiş məhsulun 97,6 faizi iri və orta sənaye müəssisələrinin, 2,4 faizi isə kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrinin payına düşür. 2019-cu ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 224891,6 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 3,9 faiz və ya 8478,5 min manat çoxdur. 2019-cu ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələri üzrə istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 97,4 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 2,6 faizini təşkil etmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi 5628,5 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 faiz və ya 1414,6 min manat çoxdur. 2019-cu ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 4,6 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 95,4 faizini təşkil etmişdir.

2019-cu ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz və ya 269 nəfər azalaraq 3023 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1792 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 59,3 faizini təşkil etmişdir. Emal sənayesində 601 nəfər və ya cəmi işçilərin 19,9 faizi məşğuldur. 2019-cu ilin yanvar-sentyabr aylarında geyim istehsalı, tikinti materiallarının istehsalı, hazır metal məmulatlarının istehsalı, elektrik avadanlıqlarının istehsalı, maşın və avadanlıqların istehsalı, sair sənaye məhsullarının istehsalı sahələrində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Mədənçıxarma sənayesi, qida məhsullarının istehsalı, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı, poliqrafiya məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, kompyuter, elektron və optik məhsulların istehsalı, mebellərin istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində isə işləyənlərin sayının azalması müşahidə olunmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında sənayedə çalışan cəmi işçilərin 90,3 faizi iri və orta sənaye müəssisələrində, 9,7 faizi kiçik sahibkarlıq subyektlərində məşğul olmuşdur. Hesabat dövründə sənaye müəssisələrində 506 nəfər işə qəbul edilmiş və 505 nəfər işdən çıxmışdır.

2019-cu ilin yanvar-sentyabr aylarında şəhərin sənaye müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 467,3 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 37,4 faiz və ya 126,9 manat çoxdur. 2019-cu ilin yanvar-sentyabr aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 509,7 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı isə 244,8 manat olmuşdur.

Orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən mədənçıxarma sənayesində 2,6 dəfə, emal sənayesində 7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 35,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 42,0 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əməkhaqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə orta göstəricidən 209,7 manat və ya 55,6 faiz çoxdur.

Hazırda dövlət tərəfindən sahibkarlığın inkişafına diqqətin artırılması, sahibkarların hüquqlarının qorunması, istehsalda inhisarçılığın aradan qaldırılması ilə bağlı mühüm addımlar atılır.

Şərhlər bağlıdır.