Cəmiyyət

“Mingəçevir işıqları” Avropanın nüfuzlu media mükafatını Azərbaycana gətirdi

Qəzetin bu dəfəki tərəfdaşı Gürcüstanda fəaliyyət göstərən və data jurnalistikasını tədris etməkdə böyük təcrübəyə malik olan ForSet təşkilatıdır

Mətbuatda xəbər verildiyi kimi, 24-26 iyulda  Avropanın 10 ölkəsindən olan 612 təşkilat Civil Match platformasında bir araya gəlib. 3 gün ərzində hər təşkilat cəmi 1 dəqiqə yarım ərzində özünü və layihəsini təqdim etməyə və tərəfdaş tapmağa  çalışıb. Onlar Plüralizm və Media, Mədəniyyət və Gənclik, Təhsil təlimi tədbirləri və Münaqişələrin həlli ilə bağlı 4 qrupda güclərini sınayıblar.

2 günlük silsilə tədbir və çıxışlardan sonra qalib olmaq üçün təşkilatlar partnyorları ilə birgə verilən suallara uyğun olaraq video çəkib göndəriblər. Bu süjetlərdə birləşmənin  niyə unikal olduğu, potensial layihələrin ideyası, tərəfdaşlığı artırmaq üçün əməkdaşlıq mükafatından necə istifadə olunacağı ilə bağlı suallar cavablandırılıb.

İyulun 26-da, axşam radələrində Civil Match mükafatlandırma mərasimində nəticələri açıqlayıb. Birinci kateqoriya üzrə qalib (1000 avro məbləğində) “Mingəçevir İşıqları” qəzeti və ForSet  elan edilib. “Mingəçevir İşıqları”nın layihəsini qəzetin nümayəndəsi Elnur Nəbivi təqdim edib. Eyni zamanda qəzetimizi müxbirimiz Günel Hüseynova təmsil edib. Civil Matchın Azərbaycan nümayəndəsi Gülnarə İsmayılova qəzetə onlayn tədbirə hazırlıq prosesində yaxından dəstək göstərib.

Mədəniyyət bölümündə Rusiya, Ermənistan və Gürcüstan, Təhsil bölümündə Polşa və Ukrayna, Münaqişələr bölümündə isə Ukrayna və Gürcüstan təmsilçiləri qalib olublar. Forumda Azərbaycan, Almaniya, Polşa, Belarus, Fransa, Gürcüstan, Ermənistan, Moldova, Rusiya və Ukraynadan olan vətəndaş cəmiyyəti qurumları iştirak edib.

“Mingəçevir İşıqları” Plüralizm və Media qrupunda Azərbaycanın region mediasına data jurnalistikanın gətirilməsini təklif edib.  Qəzetin tərəfdaşı Gürcüstanın ForSet təşkilatı olub. ForSet bölgələrdə data jurnalistikasını tədris etməkdə böyük təcrübəyə malikdir.  Onlar “Data Communications”  Proqramı ilə onlarla data jurnalistikası mütəxəssisi yetişdiriblər və bu insanlar hazırda öz ölkələrində məlumat cəmiyyətlərinin fəal üzvləri və töhfəçiləridirlər. “Mingəçevir İşıqları”nın  baş redaktoru isə 2016-2018-ci illərdə Avropa İttifaqı və BMT İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində Polşa və Çexiyadan olan həmkarları ilə birgə açıq məlumatların cəmiyyətə çatdırılması üzrə beynəlxalq layihəyə rəhbərlik edib.

 

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close