Mingəçevirdəki 3 saylı beynəlmiləl məktəbin 3-2 rus bölməsi sinif müəllimi Tahirə Tahirovanın rəhbərliyi və valideynlərin dəstəyi ilə payız fəsli ilə bağlı bayram proqramı hazırlayıb. Şagirdlərin ifasında Dövlət himninin musiqi sədaları altında başlayan bayramda payıza aid səhnəcik, şeir, rəngarəng musiqi nömrələri təqdim olunub. Balaca fidanların ixtiyarına verilən səhnəyə əvvəlcə payızı dəvət ediblər. Payızın gəlişi ilə bolluca meyvələr, eyni zamanda yağış, külək, rəngarəng yarpaqlar təşrif buyurub. Balacaların hazırladıqları əl işlərindən ibarət sərgi isə daha çox diqqəti cəlb edib. Məktəbin direktoru Gültəkin Quliyeva maraqlı tədbirə görə Tahirə xanıma, şagirdlərə və valideynlərə təşəkkürünü bildirib.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır.