Mingəçevirdəki 1 saylı “Lalə” körpələr evi uşaq-bağçasında şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə birgə “Mən, ailəm və bağça“ adlı müsiqili-əyləncəli tədbir təşkil olunub. Öncə balaca fidanların hazırladıqları bir-birindən rəngarəng əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Uşaqlar şən musiqi nömrələri, şeirlər, səhnəciklər nümayiş etdiriblər.
Şəhər təhsil şöbəsinin məktəbəqədər müəssisələr üzrə metodisti Sevda Rəhimova vurğulayıb ki, məqsəd uşaqlarda Vətənə, ailəyə məhəbbət, sevgi yaratmaq, onları vətənpərvər yetişdirməkdir: ”Uşaqlar bizim gələcəyimizdir. Ölkəmizin, millətimizin, dövlətimizin sabahı onlardan asılıdır. Buna görə də uşaqların istedadlarının üzə çıxarılmasına, intellektual və mənəvi inkişafına, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkilinə, bir sözlə cəmiyyətin ictimai-mədəni həyatında iştirakınına çalışırıq”.
Bağçanın müdiri Elnurə Çələbiyeva və başqaları da çıxış edərək öz fikirlərini bölüşüblər. Tədbirin sonunda 1 saylı bağçanın kollektivinə və uşaqlara fəxri fərman və diplomlar təqdim olunub.
Şərhlər bağlıdır.