Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

97

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 6 yanvar tarixindən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2022-ci ilin 03 fevral tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Şərhlər bağlıdır.