KİV, QHT və hökumət nümayəndələri üçün açıq məlumatlarla bağlı yeni fürsət
Əziz dostlar,
Azərbaycanda data jurnalistikanın inkişafı ilə bağlı layihə komandası distant təlim üçün qeydiyyata başlayır. İştirakçılar məlumat axtarışının əsasları, onların sistemləşdirilməsi və əyaniləşdirilməsi, cədvəllərə çevrilməsi yollarıını öyrənəcəklər. Təlimə qatılan hər kəs internet səhifədə yerləşdirlən kurs materialları ilə sərbəst şəkildə tanış ola biləcək. Həftədə 2 dəfə iştirakçılarla kontaktda olacaq təlimçi tapşırıqlarını verəcək və sualları cavablandıracaq. Kursu uğurla bitirən şəxslər Avropanın açıq məlumatlar bazasına daxil ediləcək və gələcəkdə mövcud mövzu ilə bağlı tematik tədbirlərə dəvət edilmək imkanı qazanacaqlar.
Kursları 2017-ci il sentyabrın 8-dən 22-dək rus və ingilis dillərində Polşa və Belorus fəallarından olan və açıq məlumatlarla işləməkdə böyük təcrübəyə malik Lyaksey Lyavonçık aparacaq.(Kurs materialları səhifədə ingiliscə yerləşdirilib).
Kursda iştirak etmək istəyən şəxslər 1 sentyabr 2017-ci ilədək www.data.org.az səhifəsinə daxil olub, tələbə kimi qeydiyyatdan keçməli, kursa qoşul düyməsini basmalıdırlar. Təsdiq prosesindən sonra müraciət edənlər kursa daxil ola biləcəklər.
Onlayn təlimləri Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Mingəçevir Valideynlər Assosiasiyası” (Azərbaycan) “Linking Media” (Polşa) təşkilatı ilə birgə gerçəkləşdirir.
Şərhlər bağlıdır.