Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Mingəçevirdə yaşayan QHT, dövlət və KİV nümayəndələrini açıq məlumatlara dair bir günlük mitap təliminə dəvət edir. Görüş noyabrın 24-də səhər saat 10-dan axşam 17-dək Mingəçevir Media Mərkəzində keçiriləcək.
Mitap təlimin daha interaktiv formasıdır. Klassik treninqlərdən fərqli olaraq, mitap hər bir iştirakçının təlimçi ola bilməsini nəzərdə tutur.
Bu necə baş verir?
Biz müəyyən qədər yeni alətlər haqqında ideyaları və metodları, öz fəaliyyətlərini necə yaxşılaşdırmaq haqqında təcrübəsi olan, lakin bu alətləri necə və hansı ardıcıllıqla yaratmaq üçün biliyi, vaxtı və resursları olmayan QHT, dövlət və KİV nümayəndələrini bir yerə toplamaq istəyirik. Belə alətlərə yeni saytların və yaxud mobil əlavələrin yaradılmasını misal göstərmək olar. Onlar KİV-lərin oxucularla ünsiyyətini asanlaşdırar, yeni xəbər bloklarının yaradılması üçün informasiya toplamağa imkan verərdi ki, bu da xəbərləri daha operativ izləməyə imkan yaradır. Məsələn, müxtəlif yaşayış məskənlərində yolların vəziyyətini yaxşı öyrənməklə hər kəs öz səfərini daha yaxşı planlaşdıra bilir. Sizin təşkilatın işinin səmərəliliyini artırmaq üçün düşünülmüş hər hansı bir aləti də bu qəbildəndir. Əgər kimdəsə belə bir alət haqqında fikir, ideya vardırsa-onu mitapa gətirsin. Başqa iştirakçıların köməyi ilə biz onu bir ideyadan konkret plan səviyyəsinə, hətta iş üsuluna qədər inkişaf etdirə bilərik.
Kimlər iştirak edə bilər?
-Təşkilatın işini yaxşılaşdıra bilən, açıq məlumatlara və yaxud informasiya texnologiyalara əsaslanan alətlər haqqında müəyyən fikri olan insanlar;
-Fikirlərini konkret iş metodlarına qədər inkişaf etdirə biləcək insanlara kömək etmək üçün vaxtının bir gününü sərf edəcək proqramçılar və dizaynerlər;
-İdeyalar üzərində komanda işində iştirak etmək istəyən sahibkarlar, dövlət qulluqçuları və sadəcə maraqlanan ictimaiyyət nümayəndələri.
Bu necə olacaq?
Mitapı əlaqələndirici media üzrə mütəxəssis Lyaksey Lyavonçik aparacaq. Tədbir iki hissədən ibarət olacaq:
- İdeyaların təqdimatı, auditoriyanın fikrinin öyrənilməsi: beyin həmləsi harada nəyi yaxşılaşdırmaq olar?
- İdeyalar üzərində komanda işi. İştirakçılar komandalara bölünür, komandaların hərəsi üzərində işləmək üçün bir ideyanı götürür. Yaxşı olar ki, hər bir komandada ən azı bir proqramçı və bir dizayner olsun. Bu elə yerindəcə bir fikirdən real bir prototip yaratmağa imkan verərdi.
Mitapın sonunda işlənmiş layihələrin təqdimatı keçiriləcək, qaliblər seçiləcək və onlar öz ideyalarının sonra inkişaf etdirilməsi üçün Linking Media mütəxəssisindən kömək alacaqalar. Onlar sonralar MVA/LM/Tranzitions təşkilatlarının Avropada sonrakı tədris proqramlarında seçimlərdə iştirak edə biləcəklər
İştirak etmək üçün öz soyadınızı və adınızı, təşkilatınızın adını, əlaqə məlumatlarını, ideyanızın qısa məzmun və məqsədini, təşkilatınız üçün faydasını və hədəf auditoriyasını göstərməklə bütün məlumatları “Mitapda iştirak etmək üçün” qeydi ilə farman.nabiyev@gmail.com ünvanına göndərin.
Qeyd: Növbəti mitap təlimləri Azərbaycanın digər bölgələrində təşkil olunacaq. Bunlar barədə əlavə elanlar veriləcək.
Şərhlər bağlıdır.