Səhiyyə

DIQQƏT! MİNGƏÇEVİR ŞƏHƏR SAKİNLƏRİNİN  NƏZƏRİNƏ!

Agentliyinin məsul işçiləri tərəfindən 27 iyun 2019-cu il tarixində qəbul ediləcəklər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul işçiləri tərəfindən 27 iyun 2019-cu il tarixində saat 10:00-dan başlayaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (Ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 12, 3-cü mərtəbə, konfrans zalında) Mingəçevir şəhərinin sakinləri qəbul ediləcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlar 12-26 iyun 2019-cu il tarixlərində şəxsiyyəti təsdiq edən sənədlə birgə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının qeydiyyat bölməsinə (poliklinika, 1-ci mərtəbə, giriş) müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (+994 12) 310 07 70 (daxili 20-08) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin info@its.gov.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməli, yazılı təqdim olunacaq müraciətin mətni oxunaqlı olmalıdır.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close