“Cərrahiyyədə tromboemboliyanın fəsadları və onun profilaktikası” mövzusunda təlim keçirilib
İcbari Tibbi Sığorta üzrə pilot layihənin təşkil edildiyi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mütəmadi olaraq təlimlər, seminarlar təşkil edilir. Maarifləndirici və məlumatlandırıcı tədbirlərdən biri də 22 iyun 2019-cu ildə keçirildi. Tibb elmləri doktoru, dosent Rimma Nəsirovanın rəhbərliyi ilə təşkil edilən təlimin məqsədi həkimlərin nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaqdır. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının cərrahlarının, anistezioloq-reanimatoloqlarının, terapevtlərinin, ACİL bölməsində və TTTYS-da çalışan həkimlərinin iştirak etdiyi maraqlı tədbirdə cərrahi əməliyyatdan sonraki dərin venaların trombozu və ağ ciyər arteriyası tromboemboliyasının profilaktikası üzrə və digər patoloji vəziyyətlər barədə tibbi sahədəki son yeniliklər barədə məlumat verildi, cərrahi əməliyyatlardan sonra yaranacaq fəsadlara qarşı görüləcək tədbirlərdən danışıldı.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Əvvəlki yazı
Növbəti yazı
Şərhlər bağlıdır.