Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yetim uşağın hekayəsi

“Oktyabr ayının sonları idi. Soyuqlar düşmüşdü, yagışlar arasi kəsilmədən davam edirdi.
Belə bir havada qabaqcadan planlashdırılan təlimi aparmaq üçün uşaq evinə gedirdim. Orada çalışan tərbiyəçilərlə insan alverinə qarşı mübarizə mövzusunda söhbət aparmalıydım. Hazırlıq işləri üçün her kəsdən bir az öncə getməli idim. Ən yaxşı köməkçim isə ilk qarşıma çıxan balaca bir oğlan idi. “Xala” deyə müraciət etdi. Əynində çox nazik köynək, ayagında isə hələ də yayda geyinilen rezin şəpit vardı. Bir anlıq beynimdə fikirlər qarışdı. Öz-özlüyümde düşündüm: “Görəsən geyiləcək isti paltarı yoxmu?” Lakin uşaqdan bu haqda soruşmağa tərəddüd etdim. Təlimin əvvəlindən sonuna kimi bu fikir beynimdə dolaşdı”.
Bu barədə mənə qeyri hökumət təşkilatında çalışan bir rəfiqəm danışdı. Dedi ki, o, sonradan həmin uşaq evinə bir neçə dəfə baş çəkib, uşaqlara yardım göstərməyə çalışıb, burda yaşayan ushaqlardan biriylə dil tapıb və oradakı vəziyyəti öyrənə bilib: “Onun adı Eldardır. O bildirirdi ki, ana-atası onu atandan üreyi isteyen bir şeyi yeyə bilmeyib. Bilirsən, mənə nə deyirdi: “Men təhsildən, əyləncədən kənaram. Şəhərin mərkəzindəki mağazalar sadəcə mənim ucun xəyaldi. Işləyib, qazanmaq istəyirəm. Özümə ayaqqabı, gödəkçə almaq istəyirəm. Amma heç yerdə məni işə götürmürlər. Deyirler yaşın azdır. Məktəbə də getmirem. Amma sağ olsun Turanə xala, o gün gəlmişdi , mənə də kitab gətirmişdi. Hər gün oxuyuram. Bitirməyimə az qalıb Oxuyacam, universitet qurtaracam, sonra aile quracam, hec vaxt da uşaqlarımı çölə atmayacam”.
Rəfiqəm Eldarla söhbətinin onu ciddi narahat etdiyini deyir: “Əlimdən Eldarin isteklərini büdcəm daxilində həll etmək gəlirdi. Onun ailesiyle tanish olmaq istedim. Lakin bu balaca atası oldugunu çoxdan unutmuşdu. Mənim təşkilatcılığımla kimsəsiz uşaqlar evine yardim edildi. Biz balacalara geyim aldiq, onları şəhərin restoranlarının birində onlari qonaq elədik. Bulvar sahilində birgə əyləndik. Onlar bir- birlerini qovalayırdi sevincden. Üzlərindəki o şirin təbəssümü görmək dunyanın ən böyuk xoshbextliyi idi”.
Mən rəfiqəmə adını və təmsil etdiyi təşkilatı ictimaiyyətə tanıtmaq istədiyimi deyəndə o, etiraz etdi: “Əl tutmaq Əlidən qalıb. İmkansıza kömək etmək savabdır. Amma mən bunu reklam üçün etmirəm.Allah qarşısında, insanlıq qarşısında borcumu yerinə yetirirəm”.
Bu yerdə xırda bir yardım aparıb, yanında da bir neçə telekanaldan jurnalist gətirən “xeyriyyəçilər” yadıma düşdü. Bir də uşaqlarını atan valideynlər, onlara sahib çıxmayan məmurlar gözümün qabağından keçdi. Bəlkə bu məmurlar düşünürlər ki, sabah övladları küçəyə çıxanda uşaq evində yara almış insanlarla qarşılaşmayacaq…

 

Şərhlər bağlıdır.