Polis rəisi şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı
Mingəçevir Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev noyabrın 16-da şəhərdəki 4 saylı orta məktəbdə şagirdlərlə görüşüb, onları narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmağa çağırıb
Ə.Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi, psixatrop və güclü təsiredici maddələrin insan sağlamlığına vurduğu fəsadlar barədə danışıb və bildirib: “Narkomaniya qarşı mübarizəyə hamılıqla qoşulmalıyıq ki, bu bəlanın qarşısını alaq”.
“Maarifləndirmə lazımi səviyyədə aparılmadığından ölkədə narkomaniya “cavanlaşır”-polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Elmir Cavadov belə deyib və əlavə edib ki, bir narkoman ən azı 12-18 nəfəri öz təsiri altına sala bilir: “Hazırda ölkə üzrə 33788, şəhərimizdə isə 479 nəfər narkomaniyadan əziyyət çəkən şəxs kimi qeydiyyata götürülüb”.
Narkoloji Dispanserin həkimi Eldar Mustafayev narkomaniyaya qurşananlarda QİÇS-ə yoluxma ehtimalı, təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev isə maarifləndirici tədbirlərin davamlı olması haqda fikirlərini bölüşüblər.
Şərhlər bağlıdır.