Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Quba-Xaçmaz və Gəncə-Qazax regionlarının fermerləri, gözünüz aydın!

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Azərbaycan üçün yeni model, 5 illik strategiya və pilot regionlarda bu xidmətlərin təminatı üzrə 3 illik plan hazırlanır.  Layihəni Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı həyata keçirir. Bu haqda Aİ-nın Azərbaycan Nümayəndəliyindən qəzetimizə məlumat verilib.

Layihəyə cəlb edilmiş beynəlxalq ekspert Kiaran Qannon qarşıdakı 6 ayda nəzərəçarpan dəyişiklik əldə ediləcəyini bildirib: “Qarşımızda həm dövlət, həm özəl sektorun iştirakını nəzərdə tutan əməkdaşlıq əsaslı innovativ layihələrin hazırlanması kimi bir hədəf var. Fermerlər, təhsil və təqdiqat müəssisələri ilə müzakirə edilmiş bu layihələr istehsalçıların ehtiyac və tələblərinə əsaslanır”.

Layihənin milli koordinatoru Vüqar Bəşirov İKT-dən istifadə ilə bağlı gənc fermerləri əhatə edən innovasiyalara, fermerlərin maliyyə çətinliklərini asanlaşdıran, təsərrüfatın təşkili, məhsulun yoxlanılması, saxlanması və bazara çıxarılmasını təmin edən həllərə ehtiyac duyduqlarını və layihənin bu istiqamətləri əhatə edən platformaları dəstəkləyəcəyini bildirib: “Bu istiqamətdə fermerlərlə birbaşa ünsiyyətdə olacaq fasilitatorlara beynəlxalq ekspertlər tərəfindən təlim keçiriləcək”.

“Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində innovativ layihələr pilot bölgələr olan Quba-Xaçmaz və Gəncə-Qazax regionlarından seçilir. Məqsəd fermerlərin ehtiyaclarına cavab verən innovativ həllərin tapılmasıdır.

Şərhlər bağlıdır.