Elm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində təlimdə iştirak ediblər

Əsas benefisiarı Azərbaycan Respublikasının Təhsil Nazirliyi olan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində 11 fevral 2020-ci il tarixində “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzində müasir doktorantura təhsil proqramlarının formalaşdırılması üçün “Təlimçilərin təlimi” adlı görüş keçirilib. Görüşdə “Akademik kurs proqramı və E-öyrənmə” tərtibatçısı, “Öyrədənlərin öyrədəni” xanım İskra Popova, “Biznes kurs proqramı və E-öyrənmə” tərtibatçısı cənab İhor Katernyak və “Təhsil və Layihələrin İdarə edilməsi” üzrə ekspert cənab Jacek Gajewski Edx LMS platformasından, onlayn öyrətmə metodlarından və onların əhəmiyyətindən danışdılar. Daha sonra mərkəzin əməkdaşı Ayşən Hümbətova “Sərbəst öyrənmə portalı” haqqında məlumat verib.

12-14 fevral 2020-ci il tarixlərində isə “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası”, “Verilənlərin təhlili, emalı və idarə edilməsi”, “Texnoloji transfer və kommersiya”, “Sahibkarlıq və startap“ adlı kursların təqdimatına həsr olunmuş təlimlər keçirilib və kursu bitirən doktorant və dissertantların əldə edə biləcəyi nəticələr müzakirə olunub.

Təlimdə Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Xarici dillər” kafedrasının müəllimi Gülnarə Qurbanova və “Mexanika” kafedrasının dosenti Vüqar Mustafayev iştirak ediblər.

Daha çox

Oxşar yazılar

Close