AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində tələbə elmi konfransı keçirilib

13 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində “Qarabağ: tənəzzüldən tərəqqiyə gedən yolda gənclərin rolu” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XIII elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Konfransda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov, fakültənin dekan əvəzi, dosent Almaz Əliyeva 30 illik erməni işğalına və vandalizminə son qoyan tarixi Zəfərdən sonra doğma Qarabağın dirçəldilməsi istiqamətində dövlət tərəfindən reallaşdırılan irimiqyaslı tədbirlərdən bəhs ediblər. Bildirilib ki, Qarabağın hərtərəfli inkişafı ilə bağlı görülən işlərə töhfə vermək məqsədilə MDU-da müvafiq elmi fəaliyyətlərin həyata keçirilməsinin təşviq edilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tələbələrin fəal iştirakına xüsusi önəm verilir.

Sonra proqrama daxil olan mövzular və məruzəçilər haqqında məlumat verilib və tələbələrin məruzələri dinlənilib.

MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Hüseyn Əliyev “Minalanmış ərazilərin yaratdığı ekoloji problemlər”, Sevda Mehdiyeva “Sənayenin inkişafında elektrik enerjisinin əhəmiyyəti”, Həsən Məmmədzadə “Vətən müharibəsindən sonra Qarabağ və onun ətraf rayonlarının enerji infrastrukturunun inkişafı”, Salatın Rəhimova ”Qarabağın inkişaf strategiyasında intellektual texnologiyalar: “Ağıllı ev” layihəsi”, Leyla Əlizadə “Qarabağın bitki örtüyünün dünəni və bu günü”, Nurlan Rəcəbov ”İşğaldan azad edilmiş ərazilərdə robot texnologiyalarının rolu”, Arzu Salamova “Azərbaycan energetikasının inkişafında bərpa olunan enerjinin rolu”, Fatimə Babayeva ”İşğaldan azad olunmuş torpaqlarda telekommunikasiyanın yenidən qurulması”,  Şamxal Hüseynov “Azərbaycanın nəqliyyat potensialı” və Albina Abdurəhimova “Qarabağda müasir universitet: tələbə gözü ilə baxış” mövzularında məruzələrlə çıxış ediblər.

Tələbə və müəllim heyəti tərəfindən maraqla dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, gənclərin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkşaf etdirilməsi məqsədilə MDU-da müntəzəm olaraq müxtəlif aktual mövzularda tələbə elmi konfranslarının keçirilməsinə xüsusi diqqət yetirilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker