Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ədalətin bərqərar olunması üçün toplanan səslər 100 mini ötsə də…

193

Mingəçevir Dövlət Universitetində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) start verdiyi “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” adlı layihəsi müzakirə edilib. MDU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə  universitetin prorektoru, dosent Rövşən Əliyev petisiyanın əhəmiyyəti barədə məlumat verib.

AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli bildirib ki, Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub: “Layihə çərçivəsində aparılan kampaniyada bir həftə ərzində 100 min nəfərdən artıq insan səs verib,  petisiya geniş əks-səda doğurub. Bu, onu  göstərdi ki, vətəndaşlarımız ölkəmizin gələcəyinə görə məsuliyyət daşıdıqlarını aydın başa düşürlər. lakin 100 min səs son hədd deyil, səslərin miqdarını qat-qat artırmaq gərəkdir. Buna görə də hər  kəsi səsvermədə fəal olmağa çağırıram”.

B.Məmmədli tədbir iştirakçılarını səsvermə qaydaları ilə tanış edib və sualları cavablandırıb.

Şərhlər bağlıdır.