Bizimlə həyatınız həmişə işıqlı olacaq!

7-8 aya Mingəçevirin ensiklopediyası hazırlanacaq

Mingəçevir Media Mərkəzində şəhərin ensiklopedik bilgilərinin toplanıb, dərc olunması məqsədi ilə müzakirə təşkil olunub. İlkin müzakirə xarakteri daşıyan görüşdə \”Mingəçevir Ensiklopediyası\”nın hazırlanması üçün qarşıda duran problemlər və prespektivlər müzakirə olunub. Tədbiri giriş sözü ilə açan Mingəçevir Media Mərkəzinin rəhbəri Fərman Nəbiyev sözügedən təşəbbüsü dəstəklədiyini və bu işdə zəhməti keçəcək hər kəsə uğurlar arzuladığını bildirib, sözü layihənin rəhbəri Qurbanəli Ömərə verib.
Qurbanəli Ömər indiyədək gördüyü işlərdən və belə bir ensiklopediyanın yaradılmasının vacibliyindən danışıb: \”Mingəçevir haqqında kifayət qədər məlumatlar var, sadəcə bu bilgilərin bir araya toplanmasına ehtiyac duyulur. Çox təəssüf edirəm ki, bir çoxları şəhərin tarixinin məhz 1948-ci ildən başladığını düşünür. Biz bu ensiklopediyada Mingəçevir haqqında bütün bilgiləri, onun keçmişi, bu günü və gələcəyi ilə bağlı məlumatları yerləşdirməyi nəzərdə tuturuq. İstəyirik ki, Mingəçevirin tarixini üç mərhələdə təqdim edək. Birinci mərhələ ibtidai icma quruluşundan ta Sovet hakimiyyəti illərinədək dövrü əhatə edəcək. Sonrakı mərhələlər şəhərin postsovet və müstəqillik illərinə aid olacaq. Kitabda Mingəçevirin cöğrafiyası, iqdisadiyyatı, əhalisi, turizmi, idmanı və başqa sahələri haqqında da məlumatlar yerləşdiriləcək. Mingəçevirlə bağlı tarixi rəvayətlərdən, maraqlı əhvalatlardan tutmuş kriminal olaylara qədər hər dürlü bilgilərin də toplanacağı istisna edilmir. Biz çalışacağıq ki, bu məlumatlar \”Wikipedia\” Açıq Ensiklopediyasında da yer alsın”.
Q.Ömərin dediyinə görə, kitabın son fəsilində hazırda Mingəçevirdə yerləşən bütün müəssisələr haqqında məlumatlar, tanınmış rəssamların və ədəbiyyat adamlarının Mingəçevirə dair əsərləri də olacaq: “Layihə müddətində tarix və coğrafiyaşünasların, bioloqların və başqa elm xadimlərinin, digər mütəxəsislərin köməyindən yararlanacağıq. Əldə etdiyimiz bilgiləri ekspertlərimizin müzakirəsinə çıxaracağıq. Həmçinin layihə boyu tez- tez ictimai müzakirələr təşkil edib, gələn təkif və iradları dəyərləndirəcəyik\”.
Müzakirədə Mingəçevir kəndi ağsaqqalları adından Allahverdi Əliyev, Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlı, jurnalist İxtiyar Həsənli, GTM regional ofisinin rəhbəri Tural Kərimov, şəhər Tarix Muzeyinin əməkdaşları, digər ziyalılar, media və QHT numayəndələri təklif və fikirlərini səsləndiriblər.
Xatırladaq ki, Gənclərin Söz Birliyi\” İB-nin sədri Qurbanəli Ömərin şəxsi təşəbbüsü ilə gerçəkləşməsi nəzərdə tutulan layihənin 7-8 ay ərzində başa çatacağı gözlənilir.

Şərhlər bağlıdır.