Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Əfqanıstan veteranları İlqar Rüstəmovun anım gününə toplaşıblar

Aprelin 15-i Əfqanıstan müharibəsində həlak olmuş İlqar Rüstəmovun anım günü idi. Bununla əlaqədar Əfqanıstan veteranları keçmiş döyüşçünün məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra İlqar Rüstəmovun adını daşıyan 5 saylı orta məktəbdə şagirdlərlə görüş keçirilib. Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir nümayəndəsi Elşən İbrahimli Azərbaycan oğullarının qəhrəmanlığlından söhbət açıb: “Bu günlərdə üç şəhid verdi şəhərimiz. Onlar vətənin müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucaldılar. Vətən Teymur, Adil, Rüstəm, İlqar kimi  oğullarıyla fəxr edir”.

Məktəbin direktoru Sevinc Talıbova, Azərbaycan dili və ədəbiyyat müəllimi Tamella Gəraybəyli İlqar Rüstəmovun keçdiyi həyat yolundan danışıblar. Şagirdlərlər vətən və  şəhidlər haqqında şeir, mahnı və kompozisiyalarını təqdim ediblər.

Daha sonra Əfqanıstan veteranları İlqar Rüstəmovun ailəsini ziyarət ediblərlər.

Şərhlər bağlıdır.