Bizimlə həyatınız həmişə işıqlı olacaq!

UYM-nın nümayəndələri əsgərlərə məktub gətirdilər

İyunun 26-da  “N” saylı hərbi hissəsində  Silahlə Qüvvələr gününü əsgərlər ictimauyytə nümayəndələri, o cümlədən məktəbli oğlan və qızlarla birgə qeyd ediblər. Mingəçevirdəki Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələri məktəb yaşlı uşaqların hazırladıqları məktubları əsgərlərə çatdırıblar. Bu məktubları yazanlar Qarabağı azad edəcək ordumuzun sıravi və zabit heyətinə arzularını çatdırıblar.

Uşaqların əsgərlərlə söhbətləri və birgə rəqsləri bayram gününün ən yadda qalan anlarından birinə çevrilib. UYM-nın, eyni zamanda Mingəçevir mədəniyyət şöbəsinin   nümayəndələri maraqlı və rəngarəng konsert proqramı ilə bayram tədbirinə özəllik gətiriblər.

Hərbi hissə komandiri İkram Səfərov, Mingəçevir İcra Hakimiyyəti başısının birinci müavini İlham İsmayılıov, əmək və müharibə veteranları şurasının sədri Ələm Məmmədov, şəhid anası İranə Həsənova, Qarabağ döyüşçüsü Əliağa Bəndalıyev bayram təbriklərini bildiriblər. Silahlı Qüvvələrdə nümunəvi xidmətlərinə görə bir qrup hərbçiyə yerli İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.

Şərhlər bağlıdır.