Ata oğlununun cənazəsi bürünmüş Azərbaycan bayrağını köksünə basdı
1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olmuş Əhmədov Rüstəm Oruc oğlu dünən minlərlə mingəçevirlinin iştirakı ilə torpağa tapşırıldı. Şəhidin ruhuna dualar oxunduqdan sonra cənazə namazı qılındı. Şəhidimiz Tərtər rayonunun Talış kəndində qəhrəmancasına həlak olub. Rüstəm Əhmədov Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. Ailəlidi, iki övladı var.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Rüstəmin ən böyük zirvəyə-şəhidlik zirvəsinə yüksəldiyini bildirdi. Mingəçevir Dövlət Universtietinin müəllimi Mayıl İsmayılov deyib ki, bu gün şəhidlərimiz ata-babalarımızdan bizə miras qalmış torpaqlarımız uğrunda canlarını fəda ediblər. Şəhər ziyalılarından professor Əyyub Əyyubovun fikrincə, bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Şəhidin atası Oruc Əhmədov ”Başın sağ olsun, Vətən!” deyib, oğlununun cənazəsi bürünmüş Azərbaycan bayrağını öpərək köksünə basdı. Əsgərlərin Yaylım atəşi altında şəhidimiz torpağa tapşırıldı.
Şərhlər bağlıdır.