Cəmiyyət

Sakinlər İcra Hakimiyyətinin başçısından nə istədilər?

Yaşayış binalarının dam örtüyü və zirzəmisinin təmiri, istilik sisteminin bərpası, təhlükə yaradan ağacların kəsilməsi və başqa məsələrlə bağlı fikirlər səsləndirildi

Aprelin 13-də  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yerli sakinlərlə səyyar görüşü olub. Görüşdə bir çox məsələlər müzakirə edilib. Başçı abadlıq-quruculuq işlərindən,  küçələrin daha da müasirləşdirilməsindən, sənaye parkının yaradılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması məqsədilə atılan addımlardan danışıb, sakinləri açıq və səmimi dialoqa dəvət edib.

Heydər Əliyev, İsmət Qayıbov, Dilarə Əliyeva, Həzi Aslanov kimi küçələrin sakinləri  bir neçə yaşayış binasının dam örtüyünün və zirzəmisinin təmiri, evlərdə istilik sisteminin bərpası, ərazidə təhlükə yaradan qurumuş ağacların kəsilməsi, bəzi binaların su xətlərindəki problemlərin aradan qaldırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.Bir çox məsələlərin həlli ilə bağlı əlaqədar təşkilat  rəhbərlərinə konkret tapşırıqlar verilib.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close