Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Mingəçevir xəbərləri
Mingəçevir
Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir.
Xalqımız 30 il həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə qayıtdı
Sentyabrın 27-dən başlayan Vətən müharibəsi uzun dövlətçilik hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Elə bir…
Mingəçevir Bələdiyyəsi 2020-ci ildəki fəaliyyəti barədə hesabat verib
2020-ci il dünyanı cənginə almış, hələ də davam edən pandemiya (COVİD-19) ilə mübarizə ili oldu. Bütün dövlət strukturlarının, o cümlədən bələdiyyələrin fəaliyyətində məhdudiyyətlər tətbiq edildi. Bu da sözsüz ki, nəzərdə tutulmuş il…
Gənc zabitin birinci övladı 2021-ci ildə Mingəçevirdə doğulan ilk oğlan uşağıdır
2021-ci il yanvarın 1-nə keçən gecə Mingəçevir xəstəxanasında ilk doğulan qız olub, ardınca isə ilin ilk oğlan uşağı dünyaya gəlib. Ona Turan adı verilib.
Bu körpə mingəçevirli gənc zabit Elmin Sadıqovun ilk övladıdır. Dövlət Sərhəd…
Asan olan nədir?
Atalarımız deyib ki, “İşin çətini onu başlamaqdır”, yəqin ki belədir, ona görə biz də fəaliyyətimizə, yəni araşdırmamıza və təqdimatımıza başlayaq və nədən başlayaq? Ondan başlayaq ki, hökümətimiz vətəndaşlara göstərdiyi xidməti daha…
Qızıl Aypara Cəmiyyətinin üzvləri yaralı qazini ziyarət edib
Qızıl Aypara Cəmiyyəti Mingəçevir şəhər şöbəsinin əməkdaşları yaralı qaziləri ziyarət edir, onlara yardımlar göstərirlər. Növbəti ziyarət yaralı Qarabağ qazisi Məhəmməd Məmmədov olub.
Məhəmməd 7 ildir ki, “N” hərbi hissəsində müddətdən…
Xalqmı, Lobbimi…
Bəzən düşünürəm ki, bir aydan çoxdur bizim bu qədər həyəcanlı, qəzəbli, nifrət dolu olmağımız normaldırmı? Çünki biz, xalq olaraq, daha çox xeyirxah, üzügülər, mərhəmətliyik. Lakin ermənilər faşist davranışları ilə illərdir xalqımıza zülm…
Yaşamaq həm də xatırlamaqdır.
. Hər yaşadığımız xatirəyə çevrilmir, amma xatırlayırıq: bəzən sevinərək, bəzən kədərlənərək, bəzən unutmaq istəyirik, heç yaşamamışıq kimi. Həyata dəyər verirsənsə yaşadıqların da xatirəyə çevrilər. Əsərlərini oxuduğum yazarlardan daha çox…
Əsgərə məktub!
Sənə yenə məktub yazıram, çünki günümüz səni düşünməklə keçir. Görəsən, rahat yemək yeyə bilirsənmi, yarımca saat da olsa mürgüləyib gözünün acısını ala bilirsənmi, ya da bir balaca fasilə olanda, erməni quldurlarının mərmisi qurtarıb…
Əsgərə məktub.
Salam əsgər! Bu məktubu sənə Mingəçevir şəhərindən yazıram, balaca şəhərdir, amma başqa şəhərlər kimi o da səs-küylüdür. Yaşayış binalarının hər tərəfini əhatə edən yollarda aramsız şütüyən avtomobillər, məhəllələrdə çığırışan uşaqlar. Son…
İsrailin Azərbaycandakı səfiri: “Mülki insanlara, dinc əhaliyə qarşı hücumlar qəbul olunmazdır”
Bu gün oktyabrın 23-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevirdə səfərdə olub. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səfirə Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələrdən, eyni zamanda cəbhə…