AktualAraşdırmaAzərbaycanCəmiyyətElm və təhsilMaraqlıMingəçevirQarabağSiyasət

Xalqmı, Lobbimi…

Humanizm, kimə görə? 1-ci yazı.

Bəzən düşünürəm ki, bir aydan çoxdur bizim bu qədər həyəcanlı, qəzəbli, nifrət dolu olmağımız normaldırmı? Çünki biz, xalq olaraq, daha çox xeyirxah, üzügülər, mərhəmətliyik. Lakin ermənilər faşist davranışları ilə illərdir xalqımıza zülm edirdilər və bu bir ayda isə vəhşiliklərini çox  həyəsızcasına davam etdirirlər, ən pisi isə etdiklərini inkar edirlər. Bununla da kifayətlənməyib bizi ittiham edirlər, bizə şər atırlar, günahlandırırlar, yalanlar uydururlar. Gəncədə gecə saat 2-də yaşayış binalarının raketlə partladılması, onlarla insanın, hətta balaca uşaqların məhv edilməsi, Bərdəyə atılan, qadağan olunmuş kasetli bombalar, yenə də dinc insanların qətl edilməsi,Tərtərə, Ağdama, Ağcabədiyə hər gün atılan yüzlərlə mərmilər, raketlər nəyin təzahürüdür?Açıq-aşkar görünən odur ki, ermənilər bu gün 21-ci əsrdə də,  işğalçılıq, qarət, qətl hərəkətlərindən, faşizm ideyalarından əl çəkmirlər. Odur ki, səhv etdiyini anlamayan və qəbul etməyənlər bu səhvləri təkrar etməkdə davam edirlər. Sizcə, bu, normaldırmı? Bu şəraitdə bizim onlar haqqında humanist düşünməyimiz nə dərəcədə real ola bilər? Deməli, xalqın qəzəbini də anlamaq lazımdır. Humanistlik də bir yerə qədər, səni hər fürsətdə məhv etməyə çalışan bir düşmənə, səni məhv etməsi üçün fürsət verməlisən, yoxsa bunun qarşısını almalısan? Özü də biz, sadəcə, düşünürük, ermənilərə qarşı heç nə etmirik, ordumuz da ancaq döyüş meydanında öz sözünü dedi.

Bir müqayisə edək: Avropada faşizm (1919-1945) yarananda, yayılanda və dünyaya təhdidlər yağdıranda, sonra da müharibəyə başlayıb ölkələri işğal edəndə, başqa dövlətlər faşistlərə, onları dəstəkləyən milyonlarla insana  humanistlik göstərəcəyini, onlarla bir yerdə yaşayacağını bəyan edirdi, yoxsa faşizmi məhv etmək haqqında planlar qururdular, silahlanırdılar, ordu qururdular?Bu suala verilən cavab bizi də anlamağa kömək edəcək. 200 ildir ki, ermənilər dinc dayanmırlar və dayanmaq fikirləri də yoxdur, çünki onları idarə edən qüvvələr var və bu qüvvələr öz işğalçı, terrorist əməllərindən əl çəkmək niyyətində deyillər, bu qüvvələr isə:  ERMƏNİ KİLSƏSİ VƏ ERMƏNİ LOBBİSİ-dir. Bu isə elə-belə idarəetmə deyildir, bu bir məhkumiyyət, məcburiyyət, köləlikdir. Vaxtilə bu lobbini varlı ermənilər pul toplamaq, siyasi güc əldə etmək üçün yaradıblar. İllər sonra isə, güclü dövlətlərin siyasi fəaliyyətinə təsir etmək imkanlarına sahib olub Ermənistanın dəstəklənməsinə nail olmağa və öz işğalçılıq planlarını həyata keçirməyə çalışıblar  və zaman-zaman dünyanın bir çox yerlərində, xüsusilə də türklərə qarşı, terror hadisələri, qətllər həyata keçiriblər və yenə də keçirirlər. Bu lobbini yaşadanlar isə hər bir ermənidir, anadan olandan ölənə qədər onlar lobbinin dediklərini deyir, istədiklərini də həyata keçirirlər. Bu məqsəd üçün ölən ermənilər lobbinin və ya kilsənin vecinə də deyil. Onların-ermənilərin yoxsulluqdan və aclıqdan ölməsi də, çətin şəraitdə yaşaması da onların vecinə deyil. Odur ki, “erməni xalqı” deyə bir anlayış çoxdan mənasını  itirmişdir, hətta sıradan ermənilər istəməsələr belə, buna məcburdurlar. Amma nədənsə dünya dövlətləri erməni faşizmini o qədər də ciddi təhlükə hesab etmirlər. Ola bilər ki, ermənilərin hələlik hədəfi bəllidir və bu hədəf də türklərdir, bu isə türkləri xoşlamayan, onları təhlükə görənlər üçün deyəsən heç də pis hədəf hesab edilmir.

Lobbinin ilk işi hər bir ermənidə türklərə qarşı nifrət yaratmaqdır və bu nifrəti yaratmaq üçün isə “soyqırım faciəsi” uydurublar. Bu saxta, uydurma “faciəyə” inanan və inandırılan hər bir erməni isə özünü daim təhlükədə hiss edir və nə yolla olursa-olsun bizi, yəni türk hesab etdiklərini məhv etməyə can atırlar. Necə ki, illərdir bunu müşahidə etməkdə, erməni lobbisinin yaratdığı faşizm cinayətlərinin  qurbanı olmaqdayıq. Lakin buna  son qoymağın zamanı çatmışdır.

Ardı var…

                        

Daha çox

Oxşar yazılar

Close