AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib

2020-ci ilin 28 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin III modul təlimi keçirilib.

“ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimi açan MDU-nun “İqtisadiyyat və idaretmə” fakültəsinin dekan müavini Cəlil Bağırov, ilk növbədə, iştirakçılara MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi qələbə münasibətilə təbrikini çatdırıb.

Sonra C.Bağırov təlimin mövzusu və təlimçi haqqında iştirakçılara məlumat verib.

Təlimçi, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov  “Turizm üzrə təhsilin karyerada rolu: ATMU təcrübəsində” mövzusunda çıxış edib. O, turizm sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onların peşəkarlığının artırılması, karyera yüksəlişi, əmək bazarının müasir tələblərinə cavab verən tədris-metodiki bazanın formalaşdırılması, yenilənməsi və digər məsələlərdən bəhs edib, təmsil etdiyi universitetin təcrübəsini bölüşüb.

Məruzəçi B.Bilalov təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.

Sonda, layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti modul üzrə təlim barədə iştirakçılara məlumat verilib.

Qeyd edək ki, təlimlərdə MDU, ATMU və Mingəçevir Turizm Kollecinin əməkdaşları və tələbələri ilə yanaşı mövzu ilə maraqlanan istənilən şəxs iştirak edə bilər. Bütün modullara qoşulan iştirakçılar layihənin sonunda müvafiq sertifikatlar əldə edəcəklər.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close