Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Aprelin 16-da Mingəçevirdə tələbələr arasında vergi olimpiadası keçiriləcək

Vergilər Nazirliyinin təşəbbüsü ilə  hər il respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş vergi olimpiadası təşkil olunur. Bu il  də olimpiadanın iki mərhələdə (seçmə və yekun) aparılması nəzərdə  tutulub.

Seçmə mərhələni  Vergilər Nazirliyinin Tədris Mərkəzinin təqdim etdiyi suallar və metodiki köməkliyi əsasında ali təhsil müəssisələri icra edəcəklər. Bu mərhələ  respublikanın bir çox ali təhsil müəssisələrində,  o cümlədən  11 saylı Ərazi  Vergilər Departamentinin əhatə dairəsinə aid olan Mingəçevir şəhərində yerləşən Mingəçevir Dövlət Universitetində baş tutacaq. 16 aprel 2017-ci ildə MDU-da gerçəkləşəcək olimpiadada  iştirak hüququ imtahanlarda ən yaxşı nəticə göstərmiş  tələbələrə veriləcək.

Olimpiadanın yekun mərhələsi isə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində aparılacaq.

11 saylı Ərazi  Vergilər Departamenti

 

Şərhlər bağlıdır.