Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zərifə Əliyeva Mingəçevirdə anıldı

Aprelin 26-da YAP Mingəçevir ŞT Qadınlar Şurası  təşkilatın qərargahında akademik, görkəmli oftolmoloq alim Zərifə Əliyevanın anadan olmasının 93-cü illiyinə həsr olunmuş konfrans keçirib.

Konfransda Qadınlar Şurasının sədri Nurcamal Əsgərova Zərifə xanımın ömür yolundan, fəaliyyətindən danışıb. O, qeyd edib ki, fitri istedada malik novator alimin, bu pak və nadir insanın mənalı ömrü, şərəfli yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Qadınlar Şurasının fəallarından Kifayət Məmmədova, Cəmalə Mahmudova, Lamiyə İbrahimova Z.Əliyevaya həsr olunan  geniş məruzələrlə çıxış etdilər.

Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov dünya tibb elmi tarixində öz sözünü deyən həkim-oftolmoloqun oftolmologiya sahəsində imza atdığı yenilik və uğurlardan,  Azərbaycanda oftolmologiya elminin inkişafına töhfələrindən söhbət açıb.

YAP ŞT

Şərhlər bağlıdır.