Mədəniyyət

“Zəfər nəğmələri” Zəfər Gününə hədiyyə oldu

Musiqi məktəbinin müəllim və şagirdləri konsert proqramı ilə mingəçevirliləri təbrik etdilər

Noyabrın 5-də Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında səslənən “Koroğlu” Uverturası  Mingəçevir Dövlət Dram Teatrının salonunu lərzəyə gətirdi. Bu bir qələbə marşı idi. Ötən il noyabrın 8-də Azərbaycan ordusunun yağı düşmən üzərində çaldığı və 30 il aparılan mübarizənin Zəfər Gününün marşı idi.

“Cəngi”, “Heyratı” ritmik müğamı, “Zəfər marşı”, “Ey vətən”, “Azərbaycan” və başqa mahnıları məktəbin müəllimləri – Zülfiyyə Hacıyeva, İsa Müseyibov, Səttar Orucov, Pərvanə Soltanova, Turanə Məmmədli və  Yeganə Umarovanın rəhbərliyi ilə xor kollektivi (konsertmeystr İradə Xəlilova) ifa etdi. şagirdlərlə söylədikləri “Qarabağ Azərbaycandır” kampazisiyası isə (müəllim Zeynəb Həmidova) xüsusi alqışlarla qarşılandı.

İkinci Vətən Müharibəsinin qələbəsinə həsr olunan “Zəfər nəğmələri” adlı konsertin təşkilatçıları Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbi ilə “İslahatçı Gənclər” İctimai Birliyi idi. Məktəbin direktoru Vüsal Məmmədov, qonaqlar- İGİB-in sədri  Fərid Şahbazlı, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, politoloq Əhməd Şahidov Zəfər Gününün ildönümüylə bağlı sevinclərini bölüşdülər.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker