Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yerlərdə hakimiyyət və digər qurumların KİV-lərlə əlaqəsi zəifdir

Bu gün Azərbaycanda çoxsaylı qəzet-jurnallar, digər media vasitələri fəaliyyət göstərir. Həmin KİV-lərdə isə yüzlərlə bacarıqlı insanlar çalışırlar. Milli mətbuat günü ərəfəsində onlardan biri ilə -İnqilab Şrinbəyli ilə müsahib olduq.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. H.Zərdabi mükafatının qalibidir. 2009 cu ildən El-televiziya şirkətinin əməkdaşıdır, 2013-cü ilə qədər xəbərlər departamentinin direktoru olub, “Elimizdən xəbər” İnfo xəbərlər, ”İndiki zaman“ ictimai- sosial tok-şou, ”168-ci saat” həftəlik analitik və “Ağ-qara“ tok-şou proqramlarında aparıcılıq edib. Siyasi-analitik yazılarıyla şərhçi kimi müxtəlif portallarda çıxış edib.
İxtisasca filoloqdur. 2000-ci ildən də Mingəçevirdəki 45 saylı Kəlbəcər məktəbində insan və cəmiyyət, Azərbaycan dili və ədəbiyyət fənlərini tədris edir. Müxtəlif beynəlxalq təşkilatların layihələrində iştirak edir.

-Mətbuata necə gəldiniz?

-Bu, tələbəlik illərimə təsadüf edir. “ İki sahil “qəzetində ilk yazısı işıq üzü gördükdən sonra bu sahəyə marağım artdı. Daha sonra “Azərbaycan Bələdiyyəsi”,”Kaspi”, ”Azad Azərbaycan”, “Mingəçevir işıqları” ,”Kür” qəzetlərində ictima-siyasi mövzularda yazılarım dərc edildi. Həmçinin fəaliyyəti dövründə

-Azərbaycan mətbuatı cəmiyyətin həyatında nəyə təsir edə bilir?

-Jurnalistikanın özünə məxsus iş prinsipi var. Bu gün Azərbaycan mediası bu və ya digər formada problemlərdən xali olmasa da, özünün sarı mətbuat dönəmini arxada qoyub. Mətbuatın formalaşması istiqamətində müəyyən addımlar atılıb. Buna həm ictimai təşkilatların, həm də dövlətin dəstəyi var. Azərbaycan jurnalistikası özünün səviyyəsini yüksəltmək, dünya mediasına inteqrasiya olmaq baxımından xeyli irəliyə gedib. Yaxın gələcəkdə Azərbaycan mediası sözün həqiqi mənasında ciddi mediaya çevriləcək, ictimai rəyə təsir etmək gücündə olacaq. Medianın vəzifəsi hər zaman cəmiyyətin inkişafına yönəlik bir addımdır və medianın ən önəmli təsir imkanlarından biri də cəmiyyətin problemlərini qabardıb gündəmə gətirməkdir. Media kimlərdənsə aslı olub, sifarişlə işləməməlidir.Onun sifarişi yalnız cəmiyyətdən, xalqdan gəlməlidir. Əgər media cib mediası prinsipini yerinə yetirərsə, deməli cəmiyyət bu mediaydan müsbət addım gözləyə bilməz.

-Bəs hakimiyyət mətbuatla hesablaşırmı?

-Media dördüncü hakimiyyətdir. Hər zaman bir vətəndaş olaraq arzulamışam ki, media sözün həqiq mənasında dördüncü hakimiyyət funkisiyasını yerinə yetirə builsin və bu hakimiyyət statusunda qalsın. Amma nə yazıq ki, Azərbaycan mediasının ağrılı tərəflərindən biri ondan ibarətdir ki, bu gün hər yetən bir qəzet açır, sayt, portal yaradır, amma onların arxasında dayanan məqsədlər əslində heç də cəmiyyətin maraqlarına xidmət etmir.Yəni biz zaman-zaman ciddi media olaraq bu məsələlərin aradan qalxmasına, neqativ halların kənarda qalması və ciddi medianın formalaşması üçün çalışmalıyıq.

-Hansı işlər görülməlidir ki, bu sadaladığınız neqativ hallar aradn qalxsın?

-Gəlin, qonşu Türkiyənin mediasına nəzər salaq. Türkiyədə köşə yazarları deyəndə çox böyük bir nufuzla qarşılanır. Türkiyədə qazetəçi deyəndə onun cəmiyyətdəki mövqeyi, hörməti bir çox hallarda nazirin səviyyəsindən də yuxarıda qiymətləndirilir. Çünki artıq orada media cəmiyyətin tələbləri tərəfindən gələn məsələləri hər zaman işıqlandırdığına, daim insanların yanında olduğuna görə çox nufuzludur. Bu gün orada dövlət və digər orqanlar media ilə hesablaşırlar. Azərbaycan medaisının inkişafı müəyyən mənada dövlət xadimi Heydər Əliyevin hakimiyyət dövrü ilə ölçülür. Çünki öndərimiz zaman-zaman jurnalistlərlə görüşür, həm müstəqil, həm də hakimiyyətyönümlü mətbuatın problemlərini öyrənir, onları dinləməkdən böyük zövq alırdı. Bu da mətbuata qarşı yersiz təziqlərin, məhkəmə iddalarının qarşısını alırdı.
Ötən dövrdə bunu biz İlham Əliyev cənablarının timsalında da görürük. O, medianın inkişafı, media strukturlarında çalışan insanların sosial durumunun yaxşılaşdırılması məqsədilə bir çox sərəncamlar imzalayıb. Dövlət mətbuata öz dəstəyini əsirgəmir, bəs media özünün müstəqilliyini, obyektivliyini necə qoruyur? Xəbər fakta söykənməlidir.Əgər biz vətəndaş və ya jurnalist olaraq rayonumuzda, kəndimizdə neqativ hala göz yumuruqsa, nəyinsə müqabilində onu arxa plana keçiririksə, bununla cəmiyyətimizə zərbə vurmuş oluruq. Ya da ölkənin müəyyən dövrdən sonra üzləşəcəyi bir problemin əsasını qoyuruq.

-Region mediasının vəziyyəti sizi qane edirmi?

-Bu sahədə vəziyyət ürək açan deyil. Bu gün region mediasında çalışanların sosial-maddi təminatı yetərincə ödənilmir. Məmur-media münasibətləri normal səviyyəyə çatmayıb. Paytaxtda media qurumları daha sürətlə inkişaf edir, onların vəziyyəti, əmək haqları, yaşayış tərzi, əmək hüquqları regionla müqayisə olunmaz dərəcədə yüksəkdir. Yəni çox kəskin bir fərq var.Bu fərqin aradan qaldırılması üçün bir media nümayəndəsi kimi ümid edirəm ki, dövlətimiz region mediasının fəaliyyətini gücləndirmək, maddi-texniki bazasını yaxşılaşdırmaq üçün dəstək verəcək.
Bu gün Azərbaycanda region telekanallarının açılması çox müsbət haldır. Hətta xaricdən gələn qonaqlar region televiziyası üçün yaradılmış şəraitdən məmnunu qaldıqlarını bildirirlər. Bu baxımdan El televiziyası region tv-lər arasında özünə məxsus yer tutur. Yaxşı yadımdadır, bir dəfə bizim televiziyada qonaq olan Belarusdan gələn araşdırmaçı jurnalistər belə bir epizod söylədilər ki,Yevlaxda yerləşən El televiziyasının maddi- texniki bazası Belarusiya dövlət televiziyasından qat-qat yüksəkdir.Bu qürürverici bir haldır.
Amma gəlin baxaq regionda elektron medianın, qəzetlərin vəziyyəti necədir? Bir-iki qzet istisna olmaqla, onların əksəriyyətinin normal ofisləri, hətta mətbəələri belə yoxdur. İcra Hkimiyyəti və bələdiyyələrin, digər təşkilatların və özəl qurumların, QHT-lərin yerli KİV-lərlə əlaqələri zəifdir. Əslində bu təşkilatların rəhbərləri fikirləşməlidirlər ki, media ilə əməkdaşlıq onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə, effektivliyin artırılmasına xidmət edir.

Şərhlər bağlıdır.