Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəxsi və ailə həyatına hörmət hüququ müzakirə müstəvisində

İyulun 15-də Mingəçevir Media Mərkəzində Avropa Şurasının xəttilə Mingəçevirdə və ətraf rayonlarda fəaliyyət göstərən hüquqşünas və QHT rəhbərləri üçün növbəti tədbir keçirilib. Belə ki, “Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinin (ayrı-seçkiliyin qadağan olunması) işığında Konvensiyanın 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ)” müzakirə edilib. Təlimçilər Vəfa Rüstəm və Emin Abbasov İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi,, 8-ci maddənin qəbuledilənlik meyarları, məhkəmənin qiymətləndirmə standartları və başqa məsələlər barədə iştirakçılara ətraflı məlumat veriblər. Bir gün davam edən təlimdə çoxsaylı suallar cavablandırılıb, eyni zamanda qrup işləri yerinə yetirilib.
Avropa Şurasının nümayəndəsi Aynur Cəfərin qəzetimizin müxbirinə dediyinə görə, Azərbaycanın bir neçə bölgəsində təşkil olunan bu təlimlər mərhələli xarakter daşıyır və Avropa İnsan Hüquqları Konvensiyası və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılmasına xidmət edir.

Şərhlər bağlıdır.