AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti şəhid Yasən Əhmədovun xatirəsini anıb

2021-ci ilin 23 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Yunis Əhmədlinin atası Yasən Əhmədovun şəhadətə yüksəlməsinin bir ili tamam olub. Bu münasibətlə, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM)  təşkilatçılığı ilə universitetin bir qrup tələbə və müəllim heyəti üzvü Mingəçevir Şəhidlər xiyabanında qəhrəman şəhidin məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad edib.

Tariximizin şanlı səhifələrinin yazılmasında igidlik göstərən qəhrəman əsgər və zabitlərlə qürur duyduqlarını qeyd edən MDU kollektivi üzvləri əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyiblər.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Yasən Əhmədov 2020-ci ilin 23 oktyabr tarixində Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib. Dövlət başçımızın müvafiq sərəncamlarına  əsasən o, “Vətən uğrunda” və ”Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif  edilib.

Qeyd edək ki, otuz illik yurd həsrətinə son qoyan 44 günlük tarixi zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da şəhid məzunların adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker