AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti ilə Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

2021-ci ilin 27 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Ukraynaya səfəri çərçivəsində Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) rektoru Dmytro Lukianenko ilə görüşüb.

MDU rektorunu KNEU-da salamlamaqdan məmnunluğunu bildirən D.Lukianenko rəhbərlik etdiyi ali təhsil müəssisəsinin keçdiyi inkişaf yolu, beynəlxalq əməkdaşlığı, uğurları və məzunları haqqında ətraflı məlumat verib. Azərbaycan universitetləri, o cümlədən MDU ilə əməkdaşlığa böyük önəm verildiyini qeyd edən KNEU rektoru iki universitet arasında əməkdaşlığın inkişafı üçün zəruri imkanların yaradılmasına hazır olduğunu diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Ş.Bayramov Azərbaycan və Ukrayna arasında tarixi köklərə malik dostluq  münasibətlərindən bəhs edib, Ukraynanın qabaqcıl universitetlərindən olan KNEU ilə işbirliyinin gücləndirilməsini iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirib.

MDU-nun strateji hədəfləri və kadr hazırlığı istiqamətlərindən söz açan Ş.Bayramov son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işlərdən bəhs edib. Sürətlə müasirləşməkdə olan MDU-da beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayan rektor 115 illik tarixi olan KNEU ilə əməkdaşlığın potensial istiqamətləri barədə fikirlərini bölüşüb, tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlərin perspektivlərindən danışıb.

KNEU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Viktor Çujikovun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da qabaqcıl xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker