Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin əməkdaşı gənclər üçün təlimlərdə iştirak edib

93

23 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və psixologiya” kafedrasının müəllimi Nərgiz Niftəliyeva Mingəçevir Gənclər Evində psixoloq Seymur Səfəralıyev ilə birlikdə gənclər üçün “Empatiya” mövzusunda təlim keçiblər.

Təlim zamanı gənclərə empatiyanın mahiyyəti, zəruriliyi və formaları barədə məlumat verilib, müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib və mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb

Qeyd edək ki, MDU-da akademik heyət üzvlərinin Mingəçevir və ətraf rayonlarda yaşayan gənclərin bilik və bacarıqlarının artırılmasına hədəflənən müxtəlif formatlı tədbirlərdə fəal iştirakına xüsusi önəm verilir.

Şərhlər bağlıdır.