AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində “Müasir Azərbaycan dili: reallıqlar, problemlər və çağırışlar” mövzusunda elmi seminar keçirilib

27 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Müasir Azərbaycan dili: reallıqlar, problemlər və çağırışlar” mövzusunda elmi seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərovanın moderatorluğu ilə keçirilən elmi-praktiki seminarda proqrama daxil olan məruzələr haqqında məlumat verildikdən sonra çıxışlara başlanılıb.

Seminarda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva “Azərbaycan dilinin tətbiqi məsələlərinə ümumi baxış”, MDU-nun Humanitar fənlər kafedrasından dosent Namaz Manafov “Azərbaycan dilində orfoqrafiya və orfoepiya problemləri”, baş müəllim Rahilə Məmmədova “Ali məktəblərdə “Nitq mədəniyyəti” fənninin tədrisi günün vacib tələbidir”, müəllim Könül Aydın “Azərbaycan dilinin müasir problemləri: durğu işarələri və vurğu”, baş müəllim Maarifə Manafova “Azərbaycan toponimləri dilimizin və xalqımızın tarixi yaddaşıdır”, müəllim Səbinə Novruzova “İbtidai siniflərdə Azərbaycan dilinin tədrisində mövcud problemlər və onların həlli yolları” və müəllim Svetlana Nəsibli “Əsas nitq hissələri üzrə ortaq olan sözlərin tədrisini çətinləşdirən məsələlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, müvafiq istiqamətlər üzrə aktual mövzularda nəticəyönümlü tədqiqatların aparılması üçün zəruri şəraitin yaradılmasını diqqət mərkəzində saxlayan MDU-da bu məqsədlə akademik heyət üzvlərinin müxtəlif formatlarda elmi müzakirələrdə iştirakına xüsusi önəm verilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker