AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti və “Azərbaycan İES” arasında əməkdaşlıq uğurla davam etdirilir

27 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika kafedrasının müdiri Ülkər Aşurova, Mexanika kafedrasının müdiri Mahir İsmayılov, İqtisadiyyat və idarəetmə fakultəsinin dekan müavini Cəlil Bağırov “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynovla görüşüblər. “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin koordinatoru Yeganə Abdullayeva da görüşdə iştirak edib.

Görüşdə əməkdaşlığın potensial istiqamətləri barədə fikir mübadiləsi aparılıb və qarşılıqlı təlim-təcrübə proqramının həyata keçirilməsi ilə bağlı əldə edilmiş razılığın təfərrüatları müzakirə edilib.

Bildirilib ki, proqram çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində iki həftəlik təlimlərə cəlb ediləcək, istehsalatla tanış olacaq və təcrübəli kadrlardan faydalanmaq imkanı əldə edəcəklər. Eyni zamanda, universitetin akademik heyət üzvləri tərəfindən İES-in gənc əməkdaşlarına müvafiq təlimlər keçiriləcəkdir.

Sonra, MDU əməkdaşları İES-in Tədris Mərkəzinin müasir texnologiyalar ilə təchiz olunan tədris auditoriyaları ilə yaxından tanış olublar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker