YAP ŞT-nın yaranmasından 23 il ötdü
YAP Mingəçevir şəhər təşkilatı yaranmasının 23 illiyi qeyd olunub. Tədbirdən əvvəl partiya üzvləri şəhər ictimaiyəti ilə birlikdə Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz ehtiramlarını bildiriblər.
Şəhər təşkilatının sədri Cavanşir Yusubov məsləkdaşlarını bu ələmətdat gün münasibəti ilə təbrik edib, ötən dövr ərzində görülən işlərdən danışıb. O, qeyd edib ki, hazırda ŞT-nın 59 ərazi təşkilatında 7047 partiya üzvü birləşəir. Onlardan 333-ü son 1 il ərzində partiyaya qəbul edilib və bu müddətdə 6 yeni ərazi təşkilatı yaradılıb.
C.Yusubov partiyanın yaranmasında və ölkəmizin inkişafında Heydər Əliyevin böyük rolundan bəhs edib.
YAP Mingəçevir ŞT Qadınlar Şurasının sədri Nurcamal Əsgərova, Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini İlham İsmayılov partiya üzvlərini təbrik ediblər. Onlar İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində əldə edilən uğurlardan, şəhərdə aparılan abadlıq və quruculuq işlərində yaxından iştrak etmələrindən, siyasi kampaniyalar dövründə qarşısıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldiklərindən söz açıblar. Təşkilatın və şəhərin həyatında fəallıqlarına görə 6 nəfər partiya üzvünə Fəxri Fərman, üzvlüyə yeni qəbul edilən 3 gəncə partiya vəsiqələri təqdim edilib.
Şərhlər bağlıdır.