Statistika

2015-ci ildə şəhərdə əhaliyə göstərilən pullu xidmətlər

Mingəçevir şəhər Statistika İdarəsinin məlumatı

2015-ci il ərzində şəhər əhalisinə cəmi 50066,2 min manatlıq pullu xidmət, o cümlədən 8740,5 min manatlıq məişət xidməti göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə cəmi pullu xidmətlər 2095,4 min manat və ya 4,4%, müqayisəli qiymətlərlə isə 593,7 min manat və ya 1,2%, o cümlədən məişət xidmətləri faktiki qiymətlərlə 1605,2 min manat və ya 22,5%, müqayisəli qiymətlərlə isə 8,7 min manat və ya 0,1% çoxdur.

2015-ci il ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmində fiziki şəxslərin xüsusi çəkisi 70,2%, rəsmi qeydiyatdan keçmiş dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi 25,4%, rəsmi qeydiyatdan keçmiş qeyri-dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi  isə 4,4% təşkil etmişdir.

Hesabat dövründə əhaliyə göstərilən pullu xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) qeyri-dövlət mülkiyyəti müəssisələrinin (fiziki şəxslərdə daxil olmaqla) həcmi 37351,0 min manat, xüsusi çəkisi isə 74,6% təşkil etmişdir.

 

2015-ci ilin yanvar-dekabr ayları 2014-cü ilin yanvar-dekabr aylarına nisbətən, min manatla

 

2015-ci ilin

yanvar-dekabr  aylarında  pullu xidmətin həcmi

o cümlədən  məişət xidmətinin həcmi

2014-cü ilin

yanvar-dekabr  aylarında  faktiki qiymətlərlə pullu xidmətin həcmi

o cümlədən  məişət xidmətinin həcmi

2014-cü ilin   yanvar-dekabr  aylarında  müqayisəli qiymətlərlə pullu xidmətin həcmi

o cümlədən  məişət xidmətinin həcmi

Şəhər üzrə cəmi:

50066,2

8740,5

47970,8

7135,3

49472,5

8731,7

Hüquqi şəxslər üzrə cəmi:

14926,4

1279,2

14446,6

138,4

14749,4

1277,9

o cümlədən:

dövlət mülkiyyəti

12715,2

7,8

13040,8

11,3

12564,4

8,7

“İri və orta müəssisələr” üzrə cəmi:

11288,7

8,6

11982,8

10,2

11154,8

8,6

o cümlədən:

dövlət mülkiyyəti

10705,3

5,0

11149,7

6,4

10578,4

5,0

Əsas fəaliyyət növü ticarət olan iri və orta müəssisələr üzrə cəmi:

158,7

3,6

160,0

3,8

156,8

3,6

o cümlədən:

dövlət mülkiyyəti

0,0

0,0

0,0

0,0

0,0

0,0

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “İri və orta müəssisələr” üzrə cəmi:

11130,0

5,0

11822,8

6,4

10998,0

5,0

o cümlədən:

dövlət mülkiyyəti

10705,3

5,0

11149,7

6,4

10578,4

5,0

Kiçik müəssisələr üzrə cəmi:

3637,7

1270,6

2463,8

128,2

3594,6

1269,3

o cümlədən:

dövlət mülkiyyəti

2009,9

2,8

1891,1

4,9

1989,1

2,8

Əsas fəaliyyət növü ticarət olan kiçik müəssisələr üzrə cəmi:

156,0

61,1

161,3

61,7

154,2

61,0

o cümlədən:

dövlət mülkiyyəti

0,0

0,0

0,0

0,0

0,0

0,0

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) “Kiçik müəssisələri” üzrə cəmi:

3481,7

1209,5

2302,5

66,5

3440,4

1208,3

o cümlədən:

dövlət mülkiyyəti

2009,9

2,8

1891,1

4,9

1986,1

2,8

Fiziki şəxslər üzrə-cəmi

35139,8

7461,3

33524,2

6996,9

34723,1

7453,8

 

Cədvəldən göründüyü kimi cari il ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) dövlət mülkiyyəti müəssisələrinin payı 12715,2 min manat və ya 25,4% olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 2,5% və ya 325,6 min manat az, müqayisəli qiymətlərlə isə 1,2% və ya 150,8 min manat çoxdur. Hüquqi şəxslər tərəfindən 2015-ci il ərzində məişət xidməti də daxil olmaqla əhaliyə göstərilən pullu xidmətlərin həcmi 14926,4 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3,3% və ya 479,8 min manat, müqayisəli qiymətlərlə isə 1,2% və ya 177,0 min manat  çox deməkdir.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə 2015-ci il ərzində 314,7 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən faktiki qiymətlərlə 6,6 min manat və ya 2,1% az, müqayisəli qiymətlərlə isə 3,7 min manat və ya 1,2%  çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən hesabat dövründə əhaliyə 14611,7 min manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 486,4 min manat və ya 3,4% çox, müqayisəli qiymətlərlə isə 173,3 min manat və ya 1,2% çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 97,9% təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 35139,8 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 4,8% və ya 1615,6 min manat, müqayisəli qiymətlərlə isə 1,2% və ya 416,7 min manat çox deməkdir.

Cari il ərzində şəhər əhalisinə 8740,5 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 1605,2 min manat və ya 22,5%, müqayisəli qiymətlərlə isə 8,7 min manat və ya 0,1% çoxdur.

Əhaliyə göstərilən məişət xidmətinin həcmində dövlət mülkiyyəti müəssisələrinin payı 7,8 min manat və ya 0,09% olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 3,5 min manat və ya 31,0% az, müqayisəli qiymətlərlə isə eynidir.

Hesabat dövründə əhaliyə göstərilən məişət xidmətinin həcmində qeyri-dövlət mülkiyyətli müəssisələrin payı 8732,7 min manat, xüsusi çəkisi isə 99,9% olmuşdur.

Hüquqi şəxslər tərəfindən 2015-ci il ərzində əhaliyə göstərilən məişət xidmətlərin həcmi 1279,2 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 9,2 dəfə və ya 1140,8 min manat çox, müqayisəli qiymətlərlə isə 1,3 min manat və ya 0,1% çoxdur.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə hesabat dövründə 64,7 min manatlıq məişət xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövründən faktiki qiymətlərlə 0,9 min manat və ya 1,2% az, müqayisəli qiymətlərlə isə 0,1 min manat və ya 0,2% çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən əhaliyə 1214,5 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 1141,6 min manat və ya 16,66 dəfə çox, müqayisəli qiymətlərlə isə 1,2 min manat və ya 0,1%  çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən məişət xidmətlərinin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 94,9% təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 7461,3 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 6,6% və ya 464,4 min manat, müqayisəli qiymətlərlə isə 0,1% və ya 7,5 min manat çox deməkdir.

Daha çox

Oxşar yazılar

Close