QHT

“Məcburi köçkünlər üçün dünyaya pəncərə”

MVA 20-dən artıq köçkün ailəsində sorğu aparıb

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin Barışıq Resursları təşkilatının maliyyəsi ilə noyabrından əvvəllərindən başladığı yeni layihə “Məcburi köçkünlər üçün dünyaya pəncərə” adlanır. Layihə rəhbəri Fərman Nəbiyevin dediyinə görə, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmaı istiqamətində hökumət ciddi tədbirlər həyat keçirsə də, köçkünlərin informasiya ilə təminatı arzu olunan səviyyədə deyil: “Onların əksəriyyətinin internetə çıxışı yoxdur, xüsusən gənclər əsasən ticarətlə məşğul olur və boş vaxtlarını çayxanalarda nərd, domino oynamaqla keçirirlər. Yaşlı nəslin nümayəndələr də aktiv həyatdan uzaqdırlar. Köçkün icmasında araşdırma aparılarkən onların nə Bakıda, nə də Mingəçevirdə çıxan qəzetləri almadıqları üzə çıxıb. Bunun bir neçə səbəbi vardır: Birincisi, bu insanlara qəzet oxumağı yadırğadıblar. İkinci başlıca səbəb isə, KİV-də onların problemləri barədə yazıların verilməməsidir. Təbii ki, bu insanlar özləri barədə yazılmadığı qənaətinə gəldikləri üçün bu qəzetləri oxumağa maraq göstərmirlər”.

Layihənin məqsədindən danışan F.Nəbiyev deyib ki, onlar məcburi köçkünlərə informasiya əldə olunmasında dəstək göstərmək istəyirlər: “Biz artıq köçkün icmalarında yaşayanların informasiyaya çıxışı ilə bağlı fikirlərinin öyrənmişik. Bununla bağlı təşkilatımız tərəfindən 20-dən artıq köçkün ailəsində sorğu aparılıb. Sorğuda köçkünlərin informasiyaları haradan almaları, kompüter biliklərinə yiyələnmək arzuları və onları narhat edən problemlər öyrənilib.

Lyihə rəhbəri deyib ki, dekabr ayından bir qrup gənc kompüter kurslarına cəlb olunub: “İstəyirik ki, bu kursların dinləyicilərini öz problemləri barədə yazmağa həvəsləndirək. Eyni zamanda onların kompakt yaşadığı icmalara və ərazi nümayəndəliklərinə yerli qəzetlərin yeni saylarından da göndəririk”.

F.Nəbiyev layihənin gözlənilən nəticələrindən də danışıb: “Köçkün icmasında yşayan 15 gəncin 75%-i kompüter biliklərinə yüksək səviyyədə yiyələnəcək, internet resurslarından istifdə etməyi bacaracaq.Bu, icmada fəallığa gətirib çıxaracaq. Bu gənclər həm layihə müddətində, həm də sonra icmanın aktiv informasiya daşıyıcıları rolunu oynayacaqlar. Eyni zamanda kompüter bilgiləri olan bu gənclərin müəyyən hissəsinin iş tapa biləcəyinə də ümid edirik. Gələcəkdə Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi ilə də əlaqələr quracağımıza və layihələrimiz üçün onlardan da vəsait alacağımıza ümid bəsləyirik”.

Daha çox

Oxşar yazılar

Close