Müsabiqə seçmə və yekun mərhələdən ibarət olmaqla iki mərhələdə keçiriləcəkdir. Müsabiqənin qaliblərinə (1-ci, 2-ci və 3-cü yerlərə) diplom və hədiyyələr təqdim ediləcəkdir.
Rəsm müsabiqəsində 5-16 yaş, inşa müsabiqəsində isə 9-16 yaş qrupuna aid uşaqlar iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq üçün qeyd olunan yaş qrupları üzrə uşaqlar tərəfindən çəkilmiş rəsmlər və yazılmış inşalar 2017-ci ilin may ayının 12-dək Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş aşağıdakı ünvanlar üzrə vergi orqanı əməkdaşlarına təqdim edilməlidir:
11 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə-Mingəçevir şəhəri, S.Vurğun küçəsi; Bərdə rayonu, A. Məmmədov küçəsi; Yevlax rayonu, Nizami küçəsi 14; Şəki rayonu, M. Ş. Həmidov küçəsi; Tərtər rayonu, Ş. Qurbanov küçəsi.
Hər iştirakçı yalnız 1 rəsm və ya inşa təqdim edə bilər. Rəsm və ya inşa təqdim edilərkən müsabiqə iştirakçısının adı, soyadı və atasının adı, yaşı, təmsil olunduğu şəhər (rayon), oxuduğu məktəb və sinif ayrıca qeyd edilməlidir.
Müsabiqədə fəal iştirak etməyinizi və müvəffəqiyyət qazanmağınızı arzu edirik!
Şərhlər bağlıdır.