Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ulu öndər Mingəçevir Turizm Kollecində anılıb

Heydər Əliyevin anadan olmasının 93-cü ili ərəfəsinə təsadüf edən günlərdə Mingəçevir Turizm Kollecinin  pedaqoq  və tələbələri   təhsil müəssisəsində təşkil  olnmuş   dəyrimi masalarda, bilik yarişmalarında, fənn  birliyi komissiyalarında həyata keçirilmiş müzakirələrdə, inşa və rəsm müsabiqələrində özlərini  növbəti dəfə ən yaxşı tərəfdən göstərmək üçün yüksək fəallıq nümayiş etdiriblər. “Ulu  öndər Heydər Əliyevin xalqımız və vətənimiz  qarşısında xidmətləri əvəzsizdir” adlı  elmi-nəzəri konfransda isə kollektiv  dahi şəxsiyyətin əməllərindən və tarixi  xidmətlərindən danışaraq əziz xatirəsini anıb. Kollecin direktoru Əyyub Əyyubov  öncə Azərbaycan dövlətçiliyi naminə fədakar ömür yaşamış ulu öndər Heydər Əliyev başda olmaqla bu dövlətin amalları uğrunda canını fəda etmiş  cəmi Azərbayacan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif edib. Ardınca çıxışına davam edən professor H.Əliyevin ömür salnaməsinə ziyalı yorumları ilə işıq salıb. Qeyd edib ki, ümummili lider bizə azad, sabit, güclü və daim inkişafa meylli bir dövləti əmanət edib: “Biz  hər sahədə bacardığımızı və üzərimizə düşənləri layiqincə icra etməklə, dövlətimizə, xalqımıza, Heydər Əliyev ənənələrinə  sədaqətimizi əməli fəaliyyətimizlə  sübut etmiş olarıq. Heydər Əliyev  özündən sonra xalqına rəhbərliyi  güclü bir liderə –İlham Əliyevə etibar etməklə  çox böyük tarixi xidmətlərindən birini gerçəkləşdirmiş oldu”.

Daha sonra konfransda pedaqoqlardan  Çingiz Nəbiyev,  İradə Cəfərova, Ceyhun Abdullayev və  Aynurə Abbasova  Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanın uğurla inkişafı, ulu öndərin azərbaycançılıq məfkurəsinin  qorunub  saxlanılması, Heydər  Əliyevin diplomatiya məktəbinin beynəlxalq münasibətlər sistemində yeri və onun dövlətçilik siyasətinin Ilham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə  danışıblar.

Şərhlər bağlıdır.