Xəbərlər

11 bölgədən qadınlar Yevlağa gəldi

Onlar "Multikultural dəyərlər və adət ənənələr" mövzusunda müzakirə apardılar

Mayın 11-də Yevlaxda rayonunda “Multikultural dəyərlər və adət ənənələr” mövzusunda YAP Qadınlar Şurasının zona müşavirəsi keçirilib. Şura sədri, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva  və İdarə Heyətinin üzvü Zərifə Quliyevanın iştirakı ilə keçən müşavirədə 10 bölgə üzrə  partiyanın rayon şöbələri Qadınlar Şurasının sədrləri və aktiv üzvləri iştirak ediblər.

Müşavirədə Mingəçevir qadınlarını YAP ŞT Qadınlar Şurasının sədri Nurcamal Əsgərova və  şura üzvləri Ədalət Quliyeva, Aidə İsmayılova və Esmira Əhmədova təmsil ediblər. Nurcamal xanım  mövzu ətrafında geniş çıxış edib.

Daha çox

Oxşar yazılar

Close