Ulu öndər Mingəçevir Turizm Kollecində anılıb
Heydər Əliyevin anadan olmasının 93-cü ili ərəfəsinə təsadüf edən günlərdə Mingəçevir Turizm Kollecinin pedaqoq və tələbələri təhsil müəssisəsində təşkil olnmuş dəyrimi masalarda, bilik yarişmalarında, fənn birliyi komissiyalarında həyata keçirilmiş müzakirələrdə, inşa və rəsm müsabiqələrində özlərini növbəti dəfə ən yaxşı tərəfdən göstərmək üçün yüksək fəallıq nümayiş etdiriblər. “Ulu öndər Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında xidmətləri əvəzsizdir” adlı elmi-nəzəri konfransda isə kollektiv dahi şəxsiyyətin əməllərindən və tarixi xidmətlərindən danışaraq əziz xatirəsini anıb. Kollecin direktoru Əyyub Əyyubov öncə Azərbaycan dövlətçiliyi naminə fədakar ömür yaşamış ulu öndər Heydər Əliyev başda olmaqla bu dövlətin amalları uğrunda canını fəda etmiş cəmi Azərbayacan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif edib. Ardınca çıxışına davam edən professor H.Əliyevin ömür salnaməsinə ziyalı yorumları ilə işıq salıb. Qeyd edib ki, ümummili lider bizə azad, sabit, güclü və daim inkişafa meylli bir dövləti əmanət edib: “Biz hər sahədə bacardığımızı və üzərimizə düşənləri layiqincə icra etməklə, dövlətimizə, xalqımıza, Heydər Əliyev ənənələrinə sədaqətimizi əməli fəaliyyətimizlə sübut etmiş olarıq. Heydər Əliyev özündən sonra xalqına rəhbərliyi güclü bir liderə –İlham Əliyevə etibar etməklə çox böyük tarixi xidmətlərindən birini gerçəkləşdirmiş oldu”.
Daha sonra konfransda pedaqoqlardan Çingiz Nəbiyev, İradə Cəfərova, Ceyhun Abdullayev və Aynurə Abbasova Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycanın uğurla inkişafı, ulu öndərin azərbaycançılıq məfkurəsinin qorunub saxlanılması, Heydər Əliyevin diplomatiya məktəbinin beynəlxalq münasibətlər sistemində yeri və onun dövlətçilik siyasətinin Ilham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə danışıblar.
Şərhlər bağlıdır.