Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Toylar kralından Mingəçevir haqqında yeni mahnı

348

Öz mahnıları ilə tamaşaçı rəğbəti qazanan, ”Toylar kralı” kimi tanınan Nəriman Mingəçevirli bu günlərdə şəhərimizin görkəmi ilə bağlı yeni klipini çəkdirmək niyyətindədir. Biz də bu münasibətlə müğənni ilə görüşdük.
Nəriman Mingəçevirli Mingəçevirdə anadan olub. Ailəsi 1946 cı ildə Zərdabdan Mingəçevirə köçüb: ”Mənim musiqiyə həvəsim lap uşaqlıq illərindən olub. Atamın və iki bacımın gözəl səsi vardı. Həmişə həyət-bacada zümzümə edərdilər.Atam muğam verilişlərinə diqqətlə qulaq asırdı. Hətta bizə də deyirdi ki, siz də dinləyin. Atam dünyasını erkən dəyişdi. Ondan sonra çox çətinliklər çəkdik. Səkkiz uşağın qayğısını çəkmək böyük övlad kimi mənim üzərimə düşdü\”.
2000 ci ildə ailənin bütün problemlərini yerbəyer etdikdən sonra sənətini davam etdirmək qərarına gəlib.Mədəni –Maarif Texnikomunu bitirib.
Həmin dövr Qarabağ hadisələri ilə bağlı müharibənin alovlanan illəri idi. Nəriman tez-tez cəbhə bölgələrinə, konsert verməyə gedirdi. Hətta səngərdə konsert verəndə mühasirəyə də düşmüşdü…
Nəriman Mingəçevirlinin dediyinə görə, 15 il əvvəl ailə qayğlarından azad olub, bundan sonra musiqi ilə ciddi məşğul olamağa qərar verib: “Bakıya yollandım, bəstəkar Qismət Əliyevdən bir mahnı alıb oxudum. Sonra Qismət Əliyev məni bəstəkar dostu Natiq Şuşalının yanına apardı. Natiq Şuşalı məni dinlədikdən sonra dedi ki, yaxşı səsi var, bununla işləmək olar. Sözləri şairə Dilarə xanım Şahidə məxsus “Səndən mənə xəbər verir” adlı mahnını Natiq müəllim mənə verdi. İfamdan sonra mahnı bütün Azərbaycana yayıldı. Azərbaycanın bütün bölgələrindən zənglər gəlməyə başladı. Aradan 4 ay keçdikdən sonra mənə lirik bir mahnı da “Unut dedin, unutdum” mahnısını da verdi və bu mahnılarıma klip çəkdirməyimi də istədi. Artıq bütün bölgələrdə tanınırdım. Müğənniyə də nə lazımdır: tamaşaçı sevgisi, o da var idi. Beləliklə, ”Gəl ol anam gəlini”, ”Zərdab”, ”Həyat məni ağlatdıqca gülürəm” və başqa mahnılarıma kliplər də çəkdirdim. 2005-ci ildə disklərim, albomlarım çıxdı”.
Müsahibim deyir ki, bu gün toylarımızda səs gücləndiricilərin səsindən əsəblər tarıma çəkilir, toydan zövq ala bilmirsən: “Açığı, toy yaxşı şeyd. Amma hər şeyin əndazəsi olmalıdı. Səs gücləndiricini o qədər yüksək qoyurlar ki, bilmirsən müğənni nə oxuyur. Mənim rəhbərlik etdiyim “Amin” instrumental ansanbılı 1997 ci ildə yaranıb. Toylarda ən çox diqət etdiyim məqam səsin asta olmasıdır. Bir dəfə kənd toyunda idik, bir nəfər dedi ki, səsi qaldırın. O, toy sahibinə öz iradını bildirdi ki, bunları hardan gətirmisiniz, heç nə çala bilmirlər. Mağar toylarında gərək səs o qədər gur olsun ki, səsi o biri kəndə gedib çatsın. Tamata həmin kənddən idi. Mikrofonu əlinə alıb bildirdi ki, ay millət, siz o qədər beyni xarab edən mahnılara qulaq asmısınız ki, təmiz oxuyan adamları qəbul edə bilmirsiniz. Ondan sonra camaatın elə bil ağlına batdı ki, doğurdan da musiqini astadan dinləmək daha yaxşıdır. Bu kişinin sözlərini kənd ağsaqqaları da alqışladı”.
Müğənninin dediyinə görə, xanəndənin inkişafı üçün keçmiş toylarımız çox güclü idi: “İndi müğənni inkişaf edə bilmir. Toy sahibi deyir ki, amanın günüdür, oynaq mahnılara daha çox yer verin.Toylarımızda muğamlarımıza çox az yer verilir. Bu da müğənnini geri aparır. Gözəl olar ki, toylarımıza muğam üçlüyü də gəlsin”.
“Toylar kralı”olduqdan sonra məsuliyyətinizartıbmı?” sualına cavabda müsahibimiz dedi ki, gərək elə oxuyaq ki, bu ada layiq olaq və onu qoruyub saxlayaq. Yeni mahnılar üzərində işləyirəm. Bir sözlə, yenilik yaratmaqla tamaşaçı zövqünü oxşamağa çalışıram”.
Nəriman bəyin oxuduğu mahnılarda sanki nakam bir sevgi sezilir. Bu, nə ilə əlaqəlidir? “Hər kəsin gənc yaşlarında bir sevgisi olur.Təbii ki, mənim də olub. İstədiyim var idi, onu çox sevirdim. Hər yerdə gözüm onu axtarırdı. Lakin qismət olmadı. İndi bu sevgimi mahnılarıma yönəltmişəm, yəni o sevgini mahnılarımda axtarıram”.
Nəriman Mingəçevirlinin ən poulyar mahnısı Mingəçevir haqqındadır. Vahid Əzizin sözlərinə bəstələnib. Bu mahnıya klip də çəkdirib. İndi günü-gündən inkişaf edən, gözəlləşən şəhərimizə “Yeni Mingəçevir”mahnısını yazdırmağa qərar verib. Mərhum Alı Mustafayevin sözlərinə yazılmış “Bütün gözəllərin gözəli sənsən” mahnısını da repertuarına daxil etmək fikrindədir.
Bir arzusu var Nəriman bəyib. istərdi ki, oğlusənətinin davamçısı olsun. Bunu, zaman göstərəcək. Hələ ki, oğlu məktəblidir.

Şərhlər bağlıdır.