Elm və təhsil

25 yaşlı qanlı yanvar

Uşaq Yaradıcılıq Mərkəzində faciə günüylə bağlı mərasim keçirilib

Yanvarın 17-də Uşaq Yaradıcılıq Mərkəzində faciə günüylə bağlı mərasim keçirilib. 20 Yanvar şəhidlərinin ruhu anılıb. Mərkəzin direktoru Ədalət Quliyeva Azərbaycanın başı üstündən qara buludların çəkilməsini arzuladığını deyib: “Artıq 25 ildir biz dua edəndə can sağlığımızdan öncə deyirik “Vətən sağ olsun”. Bugün matəm deyil. Biz azadlıq carçılarının şəhid ruhlarını yad etməyə yığışmışıq. Tezliklə bu qan-qada sona yetsin. Torpaqlarımız alınsın. Matəm tədbirləri əvəzinə, toy-büsat, azad torpaqlarımızda şənlik, bayram mərasimləri keçirək”.
UYM-nin zalındakı təsviri incəsənət dərnəyi üzvlərinin əl işlərinin sərgisi də maraqla qarşılanıb. Mərkəzin yaradıcı qrupları-dram, bədii qiraət, vokal dərnəkləri üzvləri kompozisiyalarını təqdim edib. 1990-ci ilin yanvar gecəsinin və qərənfilin tərənnümüçüsü 7 yaşlı oğlan və Türkan səhnədə dolaşıb, ah-nalələri ilə tədbirə rəng qatıblar.
Uşaqlar “Bayatı-Şiraz” muğamı, “Unutmaq olarmı size, şəhidlər“ mahnısının müşaiyəti (Polad Osmanovun ifasında) şeirləri səsləndiriblər. “Ağla, qərənfilim, ağla”, “Şəhidlər olməz, “Haray, dunya, haray!” “Qanı da güllə bəzəyərlərmi? Axı qərənfil sevgilılərin sevgi rəmziydi” və s. bu kimi fikirləri uşaqlar yana-yana söyləyiblər. Rus əsgərlərinin törətdiyi müdhiş gecə səhnəciklərdə əksini tapıb, fəryad edən adamların səsləri eşidilib.
Qarabağ döyüşlərində iki şəhid vermış “Qəhrəmanları tanıtım” İB-nin sərdi Mələk ana, fəal qadınlardan Dilşad İlyasova, Dilguşə Ahangari, Təhsil Şöbəsinin nümayəndəsi Zülfiyyə Mahmudova çıxış ediblər.
“Mingəçevir işıqları” qəzetinin əməkdaşı Yeganə Nəbiyeva 20 yanvar gününü nisgillə, qüssəylə, kədərli tonlarla yox, yüksək əhval-ruhiyə ilə qarşılamağı arzuladığını bildirib: “Son 20 ildə şəhidlərimizin ruhu hələ rahatlıq tapmayıb. Torpaqlarımızı alaqvə 20 yanvar gününü də hüzn günündən toy gününüə çevirək. Mən istəyirəm ki, bu uşaqlar bugünü dərk etsinlər, 20 Yanvarda hansı acıları çəkmişık, onu bilsinlər. Sadəcə tədbir xatirinə bugünü yaşamasınlar”.
Tədbir UYM-nin işçısı Ülviyyə Kərimovanın təşkilatçılığı ilə ərsəyə gəlib.

Daha çox

Oxşar yazılar

Close