Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tərtər rayonunun Seyidimli kəndinin uşaqları davamlı inkişafa məktəbdən başlayıblar

267

“Davamlı inkişafa məktəbdən başlayaq!” layihəsi çərçivəsində Tərtər rayonunun Seyidimli kənd məktəbliləri üçün maliyyə savadlılığı və resurslarının artırılması ilə bağlı təlimə start verilib. Məqsəd şagirdlərdə ilkin bacarıqları formalaşdırmaqla yanaşı onların müasir iqtisadiyyatın innovativ istiqamətləri ilə tanış olmasına və ixtisas seçiminə yardım göstərməkdir.

Layihə boyunca iştirakçıların uğur qazanan insanlarla “peşəkar tövsiyyə” görüşləri,  fəal məktəblilərin Bakıdakı innovasiya mərkəzləri və startaplarla əməkdaşlığı təşkil olunacaq.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi çərçivəsində Education HUB ilə əməkdaşlıqda Tərtər rayon Seydimli kənd müəllimi Aybəniz Cəfərova tərəfindən icra olunur.

Şərhlər bağlıdır.