Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirilib

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.

***

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən Tərtər rayonunda səfərdədir.
İlk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Tərtər şəhərində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər.
Müdafiə naziri, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə birgə aprelin 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun sakinlərinə məxsus ziyan dəyən evlərə baxış keçirib. Nazir sakinlərlə görüşərək onları dinləyib, qayğıları və problemləri ilə maraqlanıb.
Müdafiə naziri rayondakı vəziyyətlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Şərhlər bağlıdır.