Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tələbələrlə görüş

Tələbələrlə görüş

Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində Mingəçevir Bələdiyyəsində bir qrup  tələbə ilə görüş keçirilib. Görüşdə “Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi” mövzusu müzakirə edilib. Bələdiyyənin sədri Coşqun Abdullayev bələdiyyənin gənclərlə gördüyü işlərdən, gələcəkdə tələbə gənclərlə bağlı bir neçə layihənin həyata keçiriləcəyindən danışıb və gənclərin yerli özünüidarədə fəal iştirak etməsini arzulayıb. “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı Azərbaycanda “Yerli Demokratiya Həftəsi”nin keçirilməsinin məqsəd və istiqamətlərindən, Mingəçevir Bələdiyyəsinin keçirdiyi və keçirəcəyi tədbirlərdən bəhs edib, gəncləri tədbirlərdə iştiraka dəvət edib.

Mingəçevir Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəşad Qurbanov, tələbələrdən Anar Quliyev, Rasta Paşayeva, Aqil İsmayılzadə və Xanlar Babayev gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi üçün təkliflərini bildiriblər. Onlar tələbələrin layihələrinin icrası üçün bələdiyyənin maddi və mənəvi dəstək verməsini istəyib və qarşılıqlı fəaliyyət məqsədi ilə birgə plan hazırlamağın vacibliyini vurğulayıblar.

 

Bələdiyyənin Mətbuat Mərkəzi

Şərhlər bağlıdır.